CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Dərsliklərlə bağlı vəziyyət açıqlandı

© Photo : Facebook / Bakı Şəhəri üzrə Təhsil İdarəsiDərsliklər, arxiv şəkli
Dərsliklər, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 20.09.2021
Abunə olmaq
Cari tədris ilində ümumtəhsil müəssisələrinin istifadəsi üçün ümumilikdə 270 adda 7 030 264 nüsxə dərslik çap olunub.
BAKI, 20 sentyabr — Sputnik. Cari tədris ilində ümumtəhsil müəssisələrinin istifadəsi üçün çap edilən dərsliklərin sayı açıqlanıb. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə təhsil naziri Emin Əmrullayev "Facebook" səhifəsində paylaşım edib.
Nazir bildirib ki, 2021-2022-ci tədris ilində ümumtəhsil müəssisələrinin istifadəsi üçün ümumilikdə 270 adda 7 030 264 nüsxə dərslik çap olunub.
Qeyd edək ki, Təhsil Nazirliyinin kollegiyasının verdiyi qərara görə, məktəblərdə sentyabrın 22-dən 1-4-cü, sentyabrın 29-dan isə 5-11-ci siniflər üzrə dərslər ənənəvi qaydada təşkil olunacaq.
Həmçinin oxuyun:
"Zəfər tarixi" dərsliyində nələr yer alıb? Müəllifdən açıqlama
Xəbər lenti
0