CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qaraçinar qədim yaşayış məskəni - ölkədə ikinci bu cür ərazi yoxdur

© Sputnik / Rahim MammadovQaraçinarda arxeoloji qazıntılar
Qaraçinarda arxeoloji qazıntılar - Sputnik Azərbaycan, 1920, 23.08.2021
Abunə olmaq
7 il öncə aşkarlanan Qaraçinar abidəsi Eneolit, İlk Tunc, Antik və orta əsrlər dövrlərini əhatə edir. Qədim yaşayış yerində aparılan arxeoloji qazıntılarda iştirak etmək üçün İtaliyadan dəvət olunmuş topoqraf mütəxəssis tərəfindən abidənin 3D görüntüləri hazırlanıb.
BAKI, 23 avqust — Sputnik. Goranboy isti iqlimi ilə seçilən rayonlardan olsa da, yay aylarında burada arxeoloji qazıntı işləri aparılır. Arxeoloqlar torpaq altında yatan tarixi üzə çıxarmağa çalışırlar. Sputnik Azərbaycan xəbər verir ki, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutu və Fransa Milli Elmi Araşdırmalar Mərkəzi arasında elmi tədqiqatların aparılmasına dair anlaşma memorandumuna əsasən, Goranboy rayonu ərazisində arxeoloji tədqiqatlara başlanılıb. Beynəlxalq arxeoloji ekspedisiyanın tərkibində Azərbaycan alimləri ilə yanaşı, Fransa və İtaliyanın bir neçə elmi mərkəzindən olan mütəxəssislər də iştirak edirlər.
Tarix üzrə fəlsəfə doktorları, arxeoloqlar - Müzəffər Hüseynov, Bəxtiyar Cəlilov və onların fransalı həmkarı Culio Palumbinin rəhbərlik etdiyi beynəlxalq arxeoloji ekspedisiyanın apardığı qazıntıların ilkin nəticələrinə görə, Qaraçinar abidəsi Eneolit, İlk Tunc, Antik və orta əsrlər dövrlərini əhatə edir. Əldə edilən maddi mədəniyyət nümunələri və mədəni təbəqə yatımının xüsusiyyətlərinə əsasən abidənin əsas hissəsi Erkən Tunc dövrünə aid edilir. Arxeoloji qazıntılar zamanı abidənin İlk Tunc dövrü, Kür-Araz mədəniyyəti təbəqəsindən zəngin maddi mədəniyyət nümunələri ilə yanaşı, çiy kərpicdən dairəvi formada inşa olunan tikili qalıqları da aşkar edilib. İlkin tədqiqatlar göstərir ki, Qaraçinar qədim yaşayış yeri Kür-Araz mədəni təbəqəsinin qalınlığı baxımından Cənubi Qafqaz ərazisində qeydə alınan ən böyük abidələrdən biridir.
© Sputnik / Rahim MammadovQaraçinarda arxeoloji qazıntılar aparan Azərbaycan, İtaliya və Fransa nümayəndələri
Qaraçinarda arxeoloji qazıntılar - Sputnik Azərbaycan, 1920, 01.10.2021
Qaraçinarda arxeoloji qazıntılar aparan Azərbaycan, İtaliya və Fransa nümayəndələri
Bu haqda arxeoloq Müzəffər Hüseynov Sputnik Azərbaycan-ın müxbiri ilə söhbətində bildirib:
“Onu deyə bilərəm ki, Azərbaycanda qəbir abidələri çox öyrənilsə də, yaşayış yerləri öyrənilməmişdir. Bu isə Azərbaycanda ən böyük problemlərdən biridir. Erkən Tunc dövrünün, Kür-Araz mədəniyyətinin mənşəyi və ondan sonrakı mədəniyyətin ötürülməsi məsələlərini, fikirləşirəm ki, biz xarici həmkarlarımla - italyan, fransızlarla birgə ən son texnologiya əsasında bu abidədə öyrənəcəyik. Azərbaycanın tarixi, keçmişi haqqında daha sanballı bir nəticə əldə edəcəyik. Mən buna inanıram”.
2021-ci ildə aparılan arxeoloji qazıntılar zamanı abidənin erkən tunc dövrünə aid mədəni qatlarından zəngin maddi mədəniyyət nümunələri - saxsı qab nümunələri, əsasən əkinçilik təsərrüfatında istifadə olunan daş əmək alətləri, obsidian və çaxmaqdaşıdan hazırlanmış oraq dişləri və kəsici alətlər aşkar edilib.
© Sputnik / Rahim Mammadov
Qaraçinarda arxeoloji qazıntılar - Sputnik Azərbaycan
1/3
© Sputnik / Rahim Mammadov
Qaraçinarda arxeoloji qazıntılar - Sputnik Azərbaycan
2/3
© Sputnik / Rahim Mammadov
Qaraçinarda arxeoloji qazıntılar - Sputnik Azərbaycan
3/3
1/3
2/3
3/3
Arxeoloji qazıntılar aparılan Qaraçinar yaşayış yeri fransalı arxeoloq  Culio Palumbinin daha çox diqqətini çəkib: “Hazırda Qaraçinarda çalışırıq. 3 həftədir ki, artıq burdayıq. Bu il üçün çox maraqlı nəticələri əldə edə bildik. Onu deyə bilərəm ki, bildiyimiz qədəri ilə Azərbaycanda belə abidə başqa yerdə yoxdur. Azərbaycan, Fransa və İtaliyadan olan arxeoloqlar burada çalışırlar. Böyük ərazidir, bizim üçün də maraqlıdır. Onu deyə bilərəm ki, Qaraçinar kimisi hələ Azərbaycanda yoxdur”.
Qaraçinar qədim yaşayış yerində aparılan arxeoloji qazıntılarda iştirak etmək üçün İtaliyadan dəvət olunmuş topoqraf mütəxəssis tərəfindən abidənin geniş topoplanı və qazıntı sahəsinin 3D görüntüləri hazırlanıb. Abidədə aparılan tədqiqatlar zamanı müasir elmin tələblərinə uyğun metod və üsullardan istifadə edilib, fotoqrammetrik çəkilişlər aparılıb və beynəlxalq laboratoriyalarda analiz etmək üçün müxtəlif artefaktlardan nümunələr götürülüb. Qeyd edək ki, abidə 2014-cü ildə Goranboyun Qaraçinar kəndində aşkarlanıb. 2018-2019 və 2021-ci illərdə burada xarici arxeoloqlarla birgə qazıntılar davam etdirilib.
Həmçinin oxuyun:
Adı ilə insanı valeh edən məkan - sirlərlə dolu "Qızılgül təpələri"
Xəbər lenti
0