CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Tovuzda Orta əsrlər dövrünə aid mədəni təbəqə aşkar edilib

© © Photo : Azerbaijan National Academy of SciencesTovuzun Vahidli kəndi ərazisində arxeoloji qazıntılar
Tovuzun Vahidli kəndi ərazisində arxeoloji qazıntılar - Sputnik Azərbaycan, 1920, 01.07.2021
Abunə olmaq
Tovuz rayonu ərazisində aşkarlanmış yeni mədəni təbəqə Azərbaycanın xanlıqlar dövrünə aid məlumatların dəqiqləşdirilməsində kömək edə bilər.

BAKI, 1 iyul — Sputnik. Ölkə ərazisində tarixi abidələrin qeydiyyatı ilə bağlı görülən işlərin təkmilləşdirilməsi məqsədilə vacib sayılan bir sıra ərazilərdə arxeoloji tədqiqat işləri həyata keçirilir.

Sputnik Azərbaycan xəbər verir ki, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Tovuz bölgəsində çalışan arxeoloji ekspedisiyası iyun ayında rayonun Vahidli kəndi ərazisində yerləşən Son Orta əsrlər dövrünə aid Məscid və Türbə kompleksinin (inv. 5201) ətraf ərazilərində ilkin arxeoloji qazıntı işləri aparıb.

Arxeoloji tədqiqat işləri hündür təpələr olan Qala düzü adı ilə tanınan ərazidə həyata keçirilib. Qazıntı işləri zamanı Qala düzü ərazisində Orta əsrlər dövrünə aid yaşayış yerinin mövcudluğunu sübut edən mədəni təbəqə aşkar edilib. XVIII əsrə aid iki otaqdan ibarət evin qalıqlarının aşkar olunması ərazidə yaşayış olduğunu sübuta yetirib. Bununla da, Məscid və Türbə kompleksinin və əsasən karvan yolları üçün nəzərdə tutulmuş körpünün olması ərazidə zəngin yaşayış yerinin mövcudluğunu təsdiqləmiş oldu.

© © Photo : Azerbaijan National Academy of Sciences
Tovuzun Vahidli kəndi ərazisində arxeoloji qazıntılar - Sputnik Azərbaycan
1/3
© © Photo : Azerbaijan National Academy of Sciences
Tovuzun Vahidli kəndi ərazisində arxeoloji qazıntılar - Sputnik Azərbaycan
2/3
© © Photo : Azerbaijan National Academy of Sciences
Tovuzun Vahidli kəndi ərazisində arxeoloji qazıntılar - Sputnik Azərbaycan
3/3
1/3
2/3
3/3

Ümumilikdə 2 hektardan çox ərazini əhatə edən abidələr, Son Orta əsrlər dövrünə aid Tovuzda qədim yaşayış yerinin kompleks şəkildə qorunmasını və tədqiqinin vacibliyini ön plana çəkir. Aparılmış qazıntılar nəticəsində Qala düzü ərazisində yeni aşkar olunmuş Son Orta əsrlər dövrü yaşayış yerinin mühafizə zonasının sərhədləri müəyyən edilib.

Tovuz şəhərinin cənub-qərb istiqamətində yerləşən və dövlət tərəfindən qorunan XVII əsrə aid Məscid və Türbə kompleksi 80-ci illərdə tədqiq edilmişdir. Axınca çayın ətrafında yerləşən digər Orta əsrlər dövrünə aid memarlıq kompleksi çayın üzərində XV əsrə aid aran memarlıq məktəbi üslubunda inşa olunmuş Sultan körpüsüdür. Məscid və qəbiristanlığın və Sultan körpüsünün arasında olan ərazinin böyük bir hissəsi Qala düzü adlanır.

Tovuzda son dövrlərdə aparılmış qazıntılar

Bir müddət öncə də sözügedən bölgədə AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi işlər üzrə direktor müavini, tarix üzrə elmlər doktoru Nəcəf Müseyiblinin rəhbərlik etdiyi ekspedisiya 2017-ci ilin iyun ayında Tovuz çayının sol sahilində yerləşən Xocalı-Gədəbəy mədəniyyətinə aid II Tovuzçay məzarlığı adlı abidədə arxeoloji qazıntılar aparıb.  e.ə. II minilliyin axırları - I minilliyin əvvəllərinə (son tunc - erkən dəmir dövrünə) aid bu abidədə arxeoloji tədqiqatlar zamanı  torpaq qəbirlərdə dəfn edilmiş insan skeletləri ilə yanaşı saxsı qablar, silah nümunələri, yerli və Yaxın Şərq ölkələrindən gətirilmə bəzək əşyaları aşkar edilib. Bundan əlavə, kişi skeletindən tunc kəmər və dəmir xəncər də tapılıb. Bu tapıntılar dəfn edilənin döyüşçü və yüksək sosial statusa malik bir şəxs olduğunu göstərir. Yanaşı aşkar edilmiş qadın qəbrində isə çoxlu bəzək əşyaları - müxtəlif minerallardan hazırlanmış muncuqlar, tuncdan hazırlanmış qolbaqlar aşkar olunub.

II Tovuzçay məzarlığında aparılan qazıntılar Azərbaycan xalqının qədim əcdadları olan Xocalı-Gədəbəy mədəniyyəti əhalisinin dəfn adətlərinin, dulusçuluq, metalişləmə və s. sənətkarlıq sahələrinin uzaq ölkələrlə mədəni-iqtisadi əlaqələrinin tarixinin öyrənilməsi üçün mühüm əhəmiyyət kəsb edir.

Xəbər lenti
0