BAKI, 7 iyun — Sputnik. Nazirlər Kabineti "Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları"nda dəyişiklik edib. Sputnik Azərbaycan xəbər verir ki, 2021-ci il 23 fevral tarixli 265-VIQD nömrəli Qanunla "Hərbi vəzifə və hərbi xidmət haqqında" Qanuna edilmiş dəyişikliyə əsasən təhsili davam etdirmək üçün doktoranturaya qəbul üzrə ilk imtahandan müvəffəqiyyətlə keçən çağırışçılara 3 ay müddətinə möhlət hüququ verilir. Bununla əlaqədar Nazirlər Kabinetinin "Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları"nda etdiyi dəyişikliklər aşağıdakılardan ibarətdir:
- Doktoranturaya illik qəbul və dissertantların təhkimolunma planları ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatların sifarişləri əsasında onların tabe olduqları müvafiq qurumlar tərəfindən Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim olunur, Azərbaycan Milli Elmlər Akademiyasının və Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəyləri əsasında hər il aprelin 1-dək təsdiq edilməlidir.
- Doktoranturaya qəbul hər ilin iyun (xarici dil imtahanı) və sentyabr (fəlsəfə və ixtisas fənnindən imtahanlar) ayları ərzində keçirilməlidir.
Eləcə də oxuyun:
-
Distant təhsilə yaşıl işıq - Universitetlər xərcə düşəcək, amma daha çox qazanacaq
-
Xarici universitetlərin diplomu hansı halda tanınmır? Araşdırma
-
Nazirlər Kabinetindən ali təhsillə bağlı qərar