02:13 14 Aprel 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0220
  • EUR2.0215
ELM
Qısa URL
25 0 0

"Qiymətləndirmənin iki mənası var: biri - uşağa onu harada olmasını göstərmək və boşluqları müəyyən edib, onu doldurmaq"

BAKI, 18 mart — Sputnik. "Məktəbdaxili qiymətləndirmə ilə bağlı cəmiyyət olaraq çox köklü və əsaslı müzakirələr aparmalıyıq".

Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə təhsil naziri Emin Əmrullayev "Feysbuk" hesabında canlı yayımda danışıb. Nazir söyləyib ki, pilot qaydada iki məktəbdə qiymətləndirmə prosesinə artıq başlanılıb:

© Official website of President of Azerbaijan Republic

"Növbəti illərdən bu prosesin bütün məktəbləri əhatə etməsi planlaşdırılır. Qiymətləndirmənin iki mənası var: biri - uşağa onu harada olmasını göstərmək və boşluqları müəyyən edib, onu doldurmaq. Sonda uşağın gündəliyində "2", "3", "4", "5" yazılması deyil, onun bacarıqlarının düzgün qiymətləndirilməsi çox vacibdir. Valideynlər də məktəbdən bu tip tövsiyələr tələb etməlidirlər, nəinki 10 baldan 8 yığıb, yoxsa 9. Qiymətləndirmə ilə bağlı kifayət qədər mürəkkəb məsələlər var, amma ümumən düşünürəm ki, məktəbdaxili qiymətləndirmədə bir neçə istiqamət götürülməlidir. Mən məktəbdaxili qiymətləndirmənin azaldılmasının tərəfdarıyam. Amma bunu yenə də ictimai müzakirə etməliyik".

Teqlər:
valideyn, şagird, Emin Əmrullayev, təhsil naziri, qiymətləndirmə, məktəb

Əsas mövzular