23:02 14 Aprel 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0224
  • EUR2.0332
ELM
Qısa URL
2610

"Çantaların ağırlığı ilə bağlı həll yolu artıq tapılıb. Təhsil Nazirliyi bu ildən I siniflərdə dərsliklərin iki yarımildə çap olunmasını tətbiq etməyə başlayıb".

BAKI, 18 mart — Sputnik. "Çantaların ağırlığı ilə bağlı həll yolu artıq tapılıb. Təhsil Nazirliyi bu ildən I siniflərdə dərsliklərin iki yarımildə çap olunmasını tətbiq etməyə başlayıb".

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Təhsil naziri Emin Əmrullayev "Facebook" səhifəsindəki canlı yayımda bildirib.

Onun sözlərinə görə, növbəti ildən başlayaraq II, III siniflərdə, ibtidai siniflərdə dərslikləri bu modelə keçirmək nəzərdə tutulur:

"Bu da çantaların ağırlığına çox təsir edəcək. Valideynlərdən, xüsusilə analardan xahişim budur ki, çantaları bəzən lazımsız əşyalarla doldurmasınlar. Dərslərin ağırlığı və çətinliyi də vacib məsələdir. Çətinlik, ağırlıq deyəndə ağlıma gələn uyğunluq məsələsidir. Çünki məzmun mütləq qaydada gələcəyə uyğun olmalıdır. Bu gün məktəbə gedən uşaq bilməlidir ki, biz onu nəyə hazırlayırıq".

Nazir müəllimlərin sertifikasiyası məsələsinə də toxunub. O bildirib ki, hazırda davam edən pandemiya müəllimlərin sertifikasiyasını ləngidir. E.Əmrullayevin sözlərinə görə, pandemiyadan sonra bu işə başlanılacaq: "Sertifikasiyanın qəfildən deyil, müəyyən ardıcıllıqla aparılması nəzərdə tutulur".

Teqlər:
çanta, nazirlik, dərslik, məktəb

Əsas mövzular