20:06 01 Mart 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0229
  • EUR2.0531
ELM
Qısa URL
100 0 0

"Təhsil dövlətimiz üçün hər zaman prioritet sahə olub. Ümid edirik ki, təhsilimizin üzləşdiyi problemlər mərhələli şəkildə öz həllini tapacaq".

Elvin Səlimov, Sputnik Azərbaycan

BAKI, 27 yanvar — Sputnik. Təhsil naziri Emin Əmrullayev Beynəlxalq Təhsil Günü münasibətilə şəxsi "Twitter" hesabında paylaşım edib. Nazir paylaşımında qlobal təhsilin yalnız COVID-19 pandemiyasından əziyyət çəkdiyi halda, eyni vaxtda həm də Ermənistanın hücumlarına məruz qalmış Azərbaycanın təhsil sisteminə dəymiş ziyanla bağlı statistik məlumat təqdim edib.

Sputnik Azərbaycan koronavirus pandemiyasının davam etdiyi və Vətən müharibəsinin olduğu bir dövrdə Azərbaycan təhsili sisteminin üzləşdiyi çətinliklərlə bağlı ekspertlərin fikirlərini öyrənib.

Mövzu ilə bağlı fikirlərini açıqlayan təhsil eksperti Nadir İsrafilov bildirib ki, müharibə və pandemiyanın eyni vaxtda təsadüf etməsi, təhsil üçün çətinliklər yaratdı:

"Xüsusən də, cəbhəyanı ərazilərdə yaşayan şəxslər və mövcud olan təhsil obyektləri böyük ziyan çəkdilər. Erməni təcavüzünün hədəfinin təkcə hərbi obyektlər olmadığı hər kəsə bəllidir. Bunun nəticəsidir ki, cəbhəyanı ərazilərdə yerləşmiş bir çox məktəbin şagirdləri digər ərazilərdə təhsil almağa məcbur olub".

Ekspert bildirib ki, təhsil sistemimizin üzləşdiyi çətinliklərin tez bir zamanda aradan qaldırılması əsas məqsədlərdən biridir. Onun sözlərinə görə işğaldan azad edilmiş ərazilərdə təhsil infrastrukturunun yenidən qurulması üçün fəaliyyət planı hazırlanıb: "Təhsil dövlətimiz üçün hər zaman prioritet sahə olub. Ümid edirik ki, təhsilimizin üzləşdiyi problemlər mərhələli şəkildə öz həllini tapacaq".

Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov isə bildirib ki, Azərbaycan təhsil sistemi tək indi deyil, torpaqlarımızın işğalının davam etdiyi otuz ilə yaxın müddət ərzində böyük ziyan çəkib.

Ekspert deyib ki, işğal müddətində Azərbaycan məktəbləri dağıdılıb, bütün infrastruktur məhv edilib: "Bu baxımdan işğaldan azad edilmiş yerlərdə məktəblərin bərpası, müasir təhsil infrasturukturunun qurulması qarşımızda dayanan çətin proseslərdən biridir. Hazırda məktəblərin bərpası üçün statistik məlumatlar toplanılır. Biz işğaldan azad edilmiş ərazilərdən çəkilmiş kadrları izlədikcə insanlarımızın və torpaqlarımızın üzləşdiyi vandallığı görürük".

 

Teqlər:
Emin Əmrullayev, təhsil naziri, təhsil

Əsas mövzular