23:27 23 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
ELM
Qısa URL
28 0 0

Fakültələr, katibliklər, müvafiq idarəetmə strukturlarının təmsil olunduqları virtual dekanlıqda tələbələrin müraciətləri operativ cavablandırılacaq, eləcə də tədrislə bağlı yeniliklər və məlumatlar paylaşılacaq.

BAKI, 4 noyabr — Sputnik. UNEC-də yenilik - virtual dekanlıq yaradılıb. Sputnik Azərbaycan-a universitetdən verilən məlumata görə, distant tədris zamanı tələbələrlə və fakültədaxili kommunikasiyanın təmin edilməsi məqsədilə yaradılan virtual dekanlığın fəaliyyəti Facebook, Whatsapp, ZOOM və e-mail üzərindən aparılacaq.

Fakültələr, katibliklər, müvafiq idarəetmə strukturlarının təmsil olunduqları virtual dekanlıqda tələbələrin müraciətləri operativ cavablandırılacaq, eləcə də tədrislə bağlı yeniliklər və məlumatlar paylaşılacaq. Yaradılan virtual platformada universitet idarəetməsinin fəaliyyətinin operativliyi də təmin ediləcək. Virtual platformaya UNEC-in Zaqatala filialı da qoşulacaq.

Teqlər:
facebook, dekan, virtual, UNEC

Əsas mövzular