CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Hərarəti olub imtahanlara buraxılmayanlara müjdə

© Photo : REPORTЭкзамен во время пандемии
Экзамен во время пандемии  - Sputnik Azərbaycan
Abunə olmaq
"Bizim əsas diqqət göstərdiyimiz məsələ odur ki, kiminsə imtahanda iştirakı digərləri üçün təhlükə yaratmasın"

BAKI, 20 iyun — Sputnik. Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə hərarəti olduğu üçün imtahanlara buraxılmayan məzun və abituriyentlərin gələcək aqibətinə münasibət bildirib.

Sputnik Azərbaycan-ın məlumatına görə, buraxılış və qəbul imtahanlarının keçirilməsi ilə bağlı “Zoom” proqramı vasitəsilə onlayn keçirilən mətbuat konfransında M.Abbaszadə bildirib ki, çalışılacaq ki, qızdırması olanlar sağaldıqdan sonra bu məsələ həll olunsun: "Bütün imtahanların tərkib hissəsi müəyyənləşir. Biz bilirik ki, kimlər imtahana gedəcəklər. Bizim əsas diqqət göstərdiyimiz məsələ odur ki, kiminsə imtahanda iştirakı digərləri üçün təhlükə yaratmasın. Bütün məzunlar attestat alacaqlar. Çalışacağıq ki, xəstə olmayan şagirdlər imtahan versinlər. İyunun 10-da imtahanlara buraxılmayanların məsələsi bir həftə sonra həll olunacaq. Hazırda onlar bizə ərizə yazırlar. Onların sağaldıqdan sonra bu məsələnin həlli üçün çalışırıq".

 

Xəbər lenti
0