16:18 07 İyul 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
ELM
Qısa URL
4910

21 iyun saat 00.00-dan 5 iyul saat 6.00-dək Bakı, Sumqayıt, Lənkəran, Yevlax, Cəlilabad, Abşeron, Gəncə və Masallıda ciddi karantin rejimi tətbiq olunacaq

BAKI, 18 iyun — Sputnik. "İyunun 24-25-də keçiriləcək buraxılış və qəbul imtahanları ilə bağlı məsələ Operativ Qərargahda müzakirə olunub".

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva bildirib.

O qeyd edib ki, buraxılış və qəbul imtahanlarının təxirə salınması qərara alınıb:

“Buraxılış və qəbul imtahanları ciddi karantin rejiminin tətbiq olunduğu müddətdə təxirə salınacaq və növbəti vaxta təyin ediləcək. Yalnız ola bilsin ki, Naxçıvan ərazisində bu imtahanların keçirilməsi nəzərdə tutulsun. Gələn həftə Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzi tərəfindən bununla bağlı açıqlama veriləcək”.

Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə 21 iyun saat 00.00-dan 5 iyul saat 6.00-dək Bakı, Sumqayıt, Lənkəran, Yevlax, Cəlilabad, Abşeron, Gəncə və Masallıda ciddi karantin rejimi tətbiq olunacaq.

Əlaqədar

Azərbaycanda xüsusi karantin rejimi uzadıldı
Bir sıra şəhər və rayonlarda iki həftəlik sərt karantin rejimi olacaq - TARİX AÇIQLANDI
Bu məktəblər dezinfeksiya olundu - Səbəb...
Bu gün 24 min şagird imtahan verir
Bir neçə abituriyent imtahandan xaric olundu

Əsas mövzular