ELM

Müəllimlərin nəzərinə - Bu gün son gündür

© Photo : REPORTДиагностические тесты для педагогов, фото из архива
Диагностические тесты для педагогов, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Müsabiqədə iştirak etmək istəyən şəxslər miq.edu.az/yerdeyishme linkinə daxil olaraq qeydiyyatdan keçməlidirlər.

BAKI, 5 iyun — Sputnik. Azərbaycanda müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinə elektron sənəd qəbulu bu gün başa çatır. Sputnik Azərbaycan Təhsil Nazirliyinin məlumatına istinadla xəbər verir ki, sənəd qəbulu iyunun 1-dən başlayıb.

Yerdəyişmə müsabiqəsində dövlət ümumi təhsil müəssisələrində müddətsiz müqavilə əsasında işləyən müəllimlər müraciət edə bilər.

Müsabiqədə iştirak etmək istəyən şəxslər miq.edu.az/yerdeyishme linkinə daxil olaraq qeydiyyatdan keçməlidirlər.

Müsabiqədə iştirak edən namizədin seçdiyi imtahan nəticəsi artım əmsalı ilə hesablanacaq.

DQ/MİQ balı x 1.1 artım əmsalı – əri və ya arvadı hərbçi və ya özü şəhid ailəsi üzvü olduqda;

2. DQ/MİQ balı x 1,05 artım əmsalı – iş yerini faktiki yaşayış yeri və ya qeydiyyatda olduğu ərazidə yerləşən həvəsləndirmə tədbirləri tətbiq edilən müəssisəyə dəyişdirdikdə;

3. DQ/MİQ balı x 1,05 artım əmsalı – iş yerini faktiki yaşayış yeri və ya qeydiyyatda olduğu ərazidə yerləşən həvəsləndirmə tədbirləri tətbiq edilən müəssisəyə dəyişdirdikdə.

Xəbər lenti
0