CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Güzəştdən yararlanmağın yolları - ekspert tələbələrə yol göstərir

© Sputnik / Vladimir Trefilov / Mediabanka keçidKitabxanada tələbələr, arxiv şəkli
Kitabxanada tələbələr, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Saytdan qeydiyyatdan keçmək üçün hər kəsə aktiv mobil nömrə, özünün və hər iki valideyninin şəxsiyyət vəsiqəsi lazımdır. Tələbələri saytda 4 mərhələli bir qeydiyyat gözləyir

BAKI, 21 may — Sputnik. Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsinə dəstək proqramı qəbul edilib və bu bu məqsədlə 40 milyon manat ayrılıb.

Bu barədə Sputnik Azərbaycan-a təhsil eksperti Kamran Əsədov bildirib.

© Sputnik / Irade JELILKamran Əsədov
Güzəştdən yararlanmağın yolları - ekspert tələbələrə yol göstərir - Sputnik Azərbaycan
Kamran Əsədov

Onun sözlərinə görə, tələbələr bu kateqoriyaya aid olub-olmadıqlarını bilmək və eyni zamanda ali təhsil müəssisələrinə müraciət etmək üçün e-telebe.edu.az saytına daxil olmalıdırlar.

Məhz tələbələr e-telebe.edu.az portalında qeydiyyatdan keçdikdən sonra onların sosial həssas qrupa aid olması və təhsil haqqından azad edilməsi müəyyənləşəcək.

Saytdan qeydiyyatdan keçmək üçün hər kəsə aktiv mobil nömrə, özünün və hər iki valideyninin şəxsiyyət vəsiqəsi lazımdır (tək valideyni olan həmən valideynin). Sizi saytda 4 mərhələli bir qeydiyyat gözləyir.

"Öncə e-telebe.edu.az saytına daxil olursunuz, aşağıda qeydiyyat bölməsini sıxırsız. Qeydiyyatdan keçmək üçün tələbənin şəxsiyyət vəsiqəsi və aktiv mobil nömrəsi lazımdır. Öncə şəxsiyyət vəsiqəsinin fin kodunu, sonra mobil nömrənizi, ardınca şəxsiyyət vəsiqəsinin seriyasını müvafiq xanalara yazırsız, sonda sistem tərəfindən verilən sadə riyazi suala cavab yazırsız. Bütün bunlar doğru olduqdan sonra yeni səhifə açılır və burada siz kabinetə daxil olmaq üçün şifrə müəyyən edirsiniz. Bundan sonra açılan yeni səhifədə şəxsiyyət vəsiqəsinin fin kodu və yazdığınız parolu qeyd edib sistemə daxil olursunuz. Bunun ardınca açılan səhifədə sizin təhsiliniz və valideynləriniz haqqında məlumatlar çıxır. Onları qeyd edib müraciətinizi tamamlayırsız. Bütün məlumatlar müraciət edənin özü tərəfindən tam şəkildə doldurulduqdan sonra müraciət qəbul edilir", - deyə vurğulayan ekspert bildirib ki, məlumatların səhv daxil edilməsinə görə məsuliyyəti müraciət edən daşıyır.

Ekspert əlavə edib ki, valideynlər ilə bağlı məlumatlar tam olmasa, tələbə aidiyyəti dövlət orqanlarına məlumatın dəqiqləşməsi üçün müracət etməlidir: "Bu həm ali təhsil, həm orta ixtisas təhsili - kollec, həm də peşə təhsili müəssisələrində əyani təhsil alan tələbələrə şamil olunur".

Xəbər lenti
0