ELM

Təhsil Nazirliyi valideynlərə müraciət etdi: Xəbərdar olun

© Photo : Baku city Education DepartmentВ одной из бакинских школ, фото из архива
В одной из бакинских школ, фото из архива  - Sputnik Azərbaycan
Abunə olmaq
Övladlarınıza keçirilmiş dərsləri təkrar etməyə və tapşırıqlar yerinə yetirməyə şərait yaradın. Bu məqsədlə Təhsil Nazirliyinin müxtəlif elektron resurslarından istifadə edə bilərsiniz (e-derslik.edu.az, e-resurs.edu.az, trims.edu.az, video.edu.az və s.).

BAKI, 3 mart — Sputnik. Təhsil Nazirliyi valideynlərə müraciət etdi. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə nazirliyin “Telegram” səhifəsində məlumat paylaşılıb. Valideynlərdən təhsil müəssisələrində tədris dayandırıldığı müddətdə (3-9 mart) bir sıra tövsiyələri nəzərə almaqları xahiş olunub.

Naxçıvan şəhəri - Sputnik Azərbaycan
ELM
Koronavirus təlaşı Naxçıvana çatdı – Tədris prosesi dayandırıldı

Tövsiyələr aşağıdakılardır:

1. Ev şəraitində əsas profilaktik tədbirlərə ciddi riayət edin (sabun, su və ya spirt tərkibli antiseptik vasitə ilə tez-tez əllərinizi yuyun, soyuqdəymə və ya qripəbənzər simptomları olan şəxslərlə yaxın təmasda olmayın, hərarətiniz olarsa və ya tənəffüs zamanı çətinlik çəkərsinizsə, dərhal həkimə müraciət edin).

2. Övladlarınızı insanların toplaşdığı qapalı məkanlara (ticarət və əyləncə mərkəzləri, şənlik, mərasimlər və s.), hər hansı kütləvi tədbirlərə, ekskursiyalara və ya səyahətə aparmayın.

3. Övladlarınıza keçirilmiş dərsləri təkrar etməyə və tapşırıqlar yerinə yetirməyə şərait yaradın. Bu məqsədlə Təhsil Nazirliyinin müxtəlif elektron resurslarından istifadə edə bilərsiniz (e-derslik.edu.az, e-resurs.edu.az, trims.edu.az, video.edu.az və s.).

4. Məsələ ilə bağlı Təhsil Nazirliyinin və digər aidiyyəti dövlət qurumlarının rəsmi məlumatlarını mütəmadi olaraq izləyin.

Xəbər lenti
0