ELM

İmtahanların “pulsuz” olması təklifinə rəsmi cavab verildi

© AFP 2024 / FREDERICK FLORINЭкзамен, фото из архива
Экзамен, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
"Azərbaycanda qəbul imtahanlarında ilk dəfə iştirak etmək pulsuzdur. Ona görə də bütün imtahanların pullu olması fikri yanlışdır. Qəbul imtahanları üçün ikinci şansdan istifadə edənlər ödəniş etməlidir"

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 21 dekabr — Sputnik. Sosial Tədqiqatlar Mərkəzi tərəfindən hazırlanan "Azərbaycan Barometri" jurnalının ikinci sayında ali məktəblərə qəbulla bağlı sorğular keçirilib. Sorğunun nəticələri zamanı məlum olub ki, valideynlərin və abituriyentlərin narazı qaldığı məqamlardan biri də qəbul imtahanlarında iştirak üçün pulun tələb olunmasıdır.

Dövlət İmtahan Mərkəzinin binası - Sputnik Azərbaycan
CƏMİYYƏT
Mövsüm başladı, DİM sınaq imtahanlarına start verdi

Sputnik Azərbaycan-a bu barədə açıqlama verən Dövlət İmtahan Mərkəzinin mətbuat katibi Xanlar Xanlarzadə bildirib ki, buraxılış və ali məktəblərə qəbul imtahanlarının pullu olması fikri doğru deyil: "Azərbaycanda qəbul imtahanlarında ilk dəfə iştirak etmək pulsuzdur. Ona görə də bütün imtahanların pullu olması fikri yanlışdır. Qəbul imtahanları üçün ikinci şansdan istifadə edənlər ödəniş etməlidir. Çünki imtahanların, onların nəticələrinin araşdırılması üçün xeyli sayda işçi qüvvəsi tələb olunur. Kim ikinci dəfə imtahan verib biliyini təkrarən yoxlamaq istəyirsə, bu xidmətdən istifadə edir".

Qeyd edək ki, aparılan araşdırmalara əsasən, abituriyentlərin 55%-dən çoxu imtahanın bir neçə mərhələdə keçirilməsinin onlarda gərginlik yaratması qənaətindədirlər. Hesabatda qeyd edilir ki, bəzi valideynlər imtahanların 2 dəfə keçirilməsinin abituriyentlərdə gərginlik yaratdığını düşünürlər. Sorğunun nəticələri və müşahidələr göstərir ki, abituriyentlərin imtahana mənəvi-psixoloji cəhətdən hazırlaşmasında valideynlərin (45%) və müəllimlərin (33%) böyük rolu var.

Xəbər lenti
0