05:20 11 Dekabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0268
  • EUR1.8813
Müdir, arxiv şəkli

Təhsillə bağlı şikayətlərinizi yazın - Sizi müdir özü qəbul edəcək

© Sputnik / Murad Orujov
ELM
Qısa URL
27 0 0

Maştağa qəsəbəsindəki 22 nömrəli tam orta məktəbdə saat 10:00-da başlayacaq görüşə təhsillə bağlı sualı olan vətəndaşlar qatıla bilərlər

BAKI, 12 noyabr — Sputnik. Noyabrın 15-də Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Rəşad Tağıyev vətəndaşları qəbul edəcək. Bu barədə Sputnik Azərbaycan-a İdarədən məlumat verilib.

Xəbərdə bildirilir ki, paytaxtdakı 22 nömrəli tam orta məktəbdə (Ünvan: Maştağa qəsəbəsi, Daş karxanası) Sabunçu, Xəzər, Pirallahı rayonları üzrə keçiriləcək səyyar qəbul saat 10:00-da başlayacaq.

Səyyar qəbul vəzifə funksiyalarının tələb olunan səviyyədə yerinə yetirilməsi istiqamətində müəssisə rəhbərlərinin məsuliyyətinin artırılması, vətəndaşları maraqlandıran məsələlərə yerində aydınlıq gətirilməsi, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə sağlam və yaradıcı mühitin təmin olunması üçün sistemli iş aparmaq məqsədlərinə xidmət edir. Səyyar qəbulda müəllim və valideynlərin müraciətləri BŞTİ-nin müdiri tərəfindən dinləniləcək, müvafiq təşkilati və maarifləndirmə tədbirləri görüləcək.

Əsas mövzular