17:26 29 May 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
ELM
Qısa URL
13 0 0

Onlar sənədləri 6-10 sentyabr tarixlərində qəbul olunduqları peşə təhsili müəssisəsinə təqdim etməlidirlər

BAKI, 6 sentyabr — Sputnik. 2019-2020-ci tədris ili üzrə peşə təhsili müəssisələrinə sənəd qəbulunun ikinci mərhələsinin nəticələri açıqlanıb.

Təhsil Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, 3 754 nəfər peşə təhsili müəssisələrinə qəbul olunub. İxtisas seçimindən müvəffəqiyyətlə keçən şəxslər təhsil haqqında sənədin əsli, tibbi arayış, şəxsiyyət vəsiqəsi (surəti), 3x4 sm ölçüdə 4 ədəd fotoşəkil və hərbi mükəlləfiyyət barədə sənədi (hərbi mükəlləfiyyətlilər) 6-10 sentyabr tarixlərində qəbul olunduqları peşə təhsili müəssisəsinə təqdim etməlidirlər.

 

Teqlər:
imtahanların nəticələri, nəticə, imtahan, peşə təhsili, peşə

Əsas mövzular