23:26 16 İyul 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0271
  • EUR1.9142
Dərs prosesi

"On iki illik təhsilə keçməmək ciddi problemlərə səbəb olar"

© Sputnik / Murad Orujov
ELM
Qısa URL
10546 0 0

Ekspert: "Təhlillər zamanı 12 illik orta təhsilin kifayət qədər effektini görürük"

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 25 yanvar — Sputnik. "Təhsil müddətinin uzun olması heç də onun keyfiyyətinə təsir etmir. Apardığımız sorğular nəticəsində aydın olur ki, təhsil səviyyəsinə görə, Sinqapur liderdir. Amma burada orta təhsil müddəti o qədər də yüksək deyil. Bu, bir daha onu göstərir ki, təhsilin müddəti heç də onun keyfiyyəti ilə düz mütənasib deyil".

Мероприятие, посвященное началу нового учебного года в Азербайджане
© Sputnik / Anar Mustafayev
Эксперт в области образования Этибар Алиев

Bu barədə ötən günlərdə Dünya Bankının rəsmisi Harri Patrinos açıqlama vermişdi. O bildirmişdi ki, bu baxımdan təhsil müddətini onun keyfiyyəti ilə uyğunlaşdırmaq lazımdır.

Təklifi Sputnik Azərbaycan-a şərh edən təhsil eksperti Etibar Əliyev deyib ki, Dünya Bankının ekspertləri təhsilin müddəti ilə bağlı müxtəlif tədqiqatlar aparırlar: "Azərbaycanda orta məktəblərdə tətbiq edilən kurikulumlar (təhsil proqramları) Dünya Bankının layihəsi əsasında hazırlanıb. Həmin kurikulumlar 11 illik orta təhsil üçün nəzərdə tutulub".

"Təhsilin müddətinin onun keyfiyyətinə təsiri ilə bağlı fikrə birmənalı yanaşmaq olmaz. Hazırda 100-dən çox ölkədə orta təhsil 12 illikdir. Bir sıra ölkələrdə, xüsusilə orta təhsil sisteminin çox inkişaf etdiyi Almaniyada orta təhsil 13 illikdir. Sinqapurda isə orta təhsil 10 illikdir. Yəni Almaniya nümunəsini Sinqapur nümunəsi ilə müqayisə edə bilərik" - Əliyev bildirib.

Onun sözlərinə görə, orta təhsilə verilən müddət kurikulumların müasir cəmiyyətin tələblərinə cavab verməsi ilə sıx bağlıdır: "Kurikulumlar dünyada baş verən çağırışlara cavab verməlidir. Bizim kurikulumlarda qeyri-müəyyənlik olduğuna görə 11 illik təhsilin keyfiyyəti ilə bağlı proqnoz verə bilmirik. Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyasında nəzərdə tutulmuş 12 illik təhsilə mərhələli keçid artıq həyata keçirilməlidir".

"Təhlillər zamanı 12 illik orta təhsilin kifayət qədər effektini görürük. 12 illik orta təhsilə keçmək vacibdir. Nə qədər rasional kurikulumlar yazılacaqsa, bir o qədər təhsilin müddətinin keyfiyyətə təsiri də açıq şəkildə görünəcək. Bu, birmənalı şəkildə mütəxəssislərin hazırladıqları kurikulumların çevikliyi və keyfiyyətindən asılıdır" - deyə ekspert qeyd edib.

Kamran Əsədov
© Sputnik / Murad Orujov
Kamran Əsədov

Digər təhsil eksperti Kamran Əsədov da Sputnik Azərbaycan-a şərhində bildirib ki, təhsilin müddəti tədris yükünün paylanmasına xidmət edir: "Hazırda 100-dən çox ölkədə orta təhsil 12 illikdir. Azərbaycanı bunlarla eyniləşdirə bilmərik. Təbii ki, müddətin uzun olması əmək bazarına bir az passiv şəxslərin daxil olmasına gətirib çıxarır".

Müsahibimizin sözlərinə görə, təhsilin keyfiyyəti dedikdə, ilk növbədə təhsilin istehsalatı, yəni əmək bazarına buraxdığı kadrların keyfiyyət göstəricisi nəzərə alınır: "Hazırda Azərbaycanın 54 ali təhsil müəssisəsinin 164 min tələbəsinin 42 faizi əmək bazarına işçi olaraq daxil ola bilir. 58 faizinin isə keyfiyyət göstəricisi aşağı olduğuna görə əmək bazarına daxil ola bilmir".

"Azərbaycanda orta təhsil müddətinin uzun olması ağır tədris proqramının paylanmasına gətirib çıxaracaq və keyfiyyəti daha da artıracaq. Hazırda ağır tədris yükünü qısa müddətdə aparmaq effektiv nəticə vermir. Amma təhsilin müddəti uzansa, tədris yükünü paylamaq mümkün olacaq, tədris yükü azalacaq və daha yaxşı nəticə əldə etmək olacaq" - deyə K.Əsədov vurğulayıb.

Ekspertin fikrincə, hazırda Azərbaycan üçün ən optimal variant 12 illik orta təhsildir: "Çünki ibtidai siniflərdə tədris yükü olduqca ağırdır və şagirdlər yorulurlar. Azərbaycanda təhsil müddətinin artırılması ciddi şəkildə keyfiyyət artımına gətirib çıxara bilər".

Əlaqədar

Yeni qanun orta təhsildəki çatışmazlıqları aradan qaldıra biləcəkmi – Ekspert şərhi
Təhsil sahəsində ediləcək yeniliklərin anonsu verildi
Təhsil nazirinin yeni qərarı müəllimləri də məmnun edib, ekspertləri də
Fransada təhsil alan azərbaycanlı tələbə uğur sirlərini bölüşüb
Ali təhsil müəssisələrinə qəbul qaydaları dəyişdirildi
Teqlər:
müddət, Etibar Əliyev, Kamran Əsədov, ekspert, il, dərs, tədris, təhsil

Əsas mövzular