03:32 12 May 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0681
  • RUB0.0230
ELM
Qısa URL
54 0 0

Məzunlara UNEC-in diplomu ilə yanaşı, Türk Dünyası Araşdırmaları Vəqfinin məzun sənədi də veriləcək

BAKI, 23 iyul — Sputnik. Azərbaycanda Türkiyə türkcəsində ali təhsil verən yeganə universitet olan UNEC türk dilində tədrisdə yeni standartlar tətbiq edəcək.

UNEC-in mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, bu məqsədlə UNEC ilə Türk Dünyası Araşdırmaları Vəqfi (TDAV) arasında əməkdaşlıq müqaviləsi imzalanıb. UNEC-in rektoru, professor Ədalət Muradov və Türk Dünyası Araşdırmaları Vəqfinin Sədri Közhan Yazganın imzaladığı sənəddə türk dilində tədrisin təkmilləşdirilməsi və türkdilli iqtisadçı kadr hazırlığının keyfiyyətinin daha da yüksəldilməsi nəzərdə tutulub.

türk dilində tədris proqramları universitetin digər fakültələrində olduğu kimi, Avropa Kredit Transfer Sisteminə uyğun aparılacaq. Bu, tələbələrin mobilliyini təmin etməklə yanaşı, təhsil proqramlarının dövlətlərarası müqayisəsi və tanınması prosedurlarını asanlaşdıracaq. Türk Dünyası İşlətmə fakültəsi isə "Türk Dünyası İqtisad Fakültəsi" adlandırılacaq. Türk Dünyası Araşdırmaları Vəqfinin Sədri Közhan Yazgan fakültənin fəxri dekanı hesab ediləcək.

UNEC-də tələbələrin türk dilində fənləri daha yaxşı mənimsəməsi üçün Yunus Emrə İnstitutu tərəfindən Türkiyə türkcəsində hazırlıq dərsləri təşkil olunacaq. Tədrisə türk dilini mükəmməl bilən, fənnə uyğun ixtisas və təcrübəyə sahib olan müəllimlər cəlb olunacaq.

UNEC-ə türk dilində "maliyyə", "iqtisadiyyat" və "biznesin idarə edilməsi" ixtisasları üzrə tələbə qəbulu Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun həyata keçiriləcək. Türkiyə vətəndaşları üçün UNEC-də ali təhsilin əlçatan olması məqsədilə onların təhsil haqları azərbaycanlı tələbələrlə eyni olacaq.

Məzunlara UNEC-in diplomu ilə yanaşı, Türk Dünyası Araşdırmaları Vəqfinin məzun sənədi də veriləcək.

Əlaqədar

UNEC beynəlxalq reytinqdə ölkə birincisi oldu
Cocuq Mərcanlı məktəbliləri UNEC-ə dəvət olunub
UNEC-də tədris və imtahanların təşkili qaydaları dəyişdi
"Yekaterinburqda yaşayan azərbaycanlı gənclər UNEC-də təhsil almaqda maraqlıdırlar"

Əsas mövzular