23:45 01 Aprel 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
ELM
Qısa URL
341 0 0

Kamran Əsədov: "Ali məktəblərə keçirilən qəbul imtahanlarının nəticələri faciəvidir"

BAKI, 5 iyul — Sputnik. "Azərbaycan təhsil sistemində neqativ hallar hələ də qalmaqdadır". Bunu Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində təşkil edilmiş tədbirdə təhsil eksperti Kamran Əsədov deyib.

Azərbaycan Respublikasının Təhsil Nazirliyi
© AR Ministry of Education.

Ekspert qeyd edib ki, hazırda Azərbaycan müəllimləri keyfiyyətli tədris təşkil edə bilmirlər: "Buna baxmayaraq, Təhsil Nazirliyi saxta diplomlu müəllimlərin fəaliyyətini davam etdirməsinə mane olmur. Müasir İKT bacarıqlarına malik olmayan müəllim normal keyfiyyətli şagird yetişdirə bilməz. Bunun nəticəsidir ki, orta məktəblər funksiyalarını yerinə yetirə bilmir".

"Yəni bizim təhsilimizdə keyfiyyət amili sənəd üzərindədir. Real nəticələr isə tamam başqadır. Əgər biz bu sistemi mükəmməlləşdirməsək, hər hansı inkişafdan danışmaq olmaz. Bu gün ali məktəblərə keçirilən qəbul imtahanlarının nəticələri faciəvidir. Hələ də 100-150 bal yığan abituriyentlər ali məktəblərə qəbul olunurlar" — K.Əsədov bildirib.

Onun sözlərinə görə, təhsilimizin digər problemi dərsliklərlə bağlıdır və bu problem də ciddi şəkildə həllini gözləyir.

Əlaqədar

Azərbaycanda hərbi liseylərdə təhsillə bağlı qərar verildi
Kamran Əsədov: “Publik hüquqi şəxsə çevrilmə təhsilin keyfiyyətini artıracaq”
Peşə təhsili əmək bazarının tələblərinə cavab verirmi - Ekspert şərhi
Mollazadə: "İmkansız ailələrin uşaqlarının ödənişsiz təhsil almasına şərait yaradılsın"
Teqlər:
təhsil sistemi, Azərbaycan, müəllim

Əsas mövzular