12:00 22 Avqust 2018
Canlı yayım
  • RUB0.0254
  • USD1.7000
  • EUR1.9602
Asim Mollazadə - Demokratik İslahatlar Partiyasının sədri, millət vəkili

Mollazadə: "İmkansız ailələrin uşaqlarının ödənişsiz təhsil almasına şərait yaradılsın"

© Foto: APA
ELM
Qısa URL
89510

Asim Mollazadə: "İmkansız ailələrin uşaqlarının ali təhsilə gedən yolunu bağlamamalıyıq"

BAKI, 12 iyun — Sputnik. "İmkanlı ailələr övladlarını hər yerdə oxutmağa vəsait tapa bilərlər, amma imkansız ailələrin savadlı uşaqlarının təhsil almasına gedən yol qəbul imtahanlarından keçir".

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən növbədənkənar plenar iclasında "Təhsil haqqında"qanuna dəyişiklik layihəsinin müzakirəsi zamanı Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadə deyib.

O qeyd edib ki, sovet vaxtı universitetlərə tələbə qəbulu prosesində xoşagəlməz hadisələr baş verirdi. Bu gün biz bu sahədə müəyyən inkişafa nail ola bilmişik. 

"Təkcə varlı ailələrin uşaqları yox, imkansız ailələrin istedadlı uşaqları Azərbaycanda universitetlərə daxil ola bildi. Həmin uşaqlar müstəqillik dövrümüzdə təhsilini davam etdirə bilir və ölkəmizin müxtəlif qurumlarında çalışırlar. İmkanı az olan ailələrin ödənişsiz təhsil almaları üçün şərait yaradılmalıdır" – deyə Asim Mollazadə bildirib.

Onun fikrincə, hər zaman imkanlı ailələr övladlarını xaricdə və ölkəmizdə oxutdurmaq üçün vəsait tapa bilər. Tələbə qəbulu imtahanları isə Azərbaycanda məhz imkansız və savadlı uşaqların ali təhsil alması üçün qapı açan bir sistemdir.

Millət vəkili respublika üzrə fənn olimpiadalarının qaliblərinin ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunması ideyasına da qarşı çıxıb:

"Olimpiadada qalib gələnlər elə imtahanı da verib universitetə qəbul oluna bilərlər. Mənə elə gəlir ki, biz bu sistemi pozmaqla hansısa xoşagəlməz hadisələr üçün imkanlar yaradırıq. Ya sistemdə köklü dəyişikliklər etməliyik, ya da buna toxunmamalıyıq. İmkan verməliyik ki, hamı ədalətli prinsiplərlə imtahanları verib, öz biliyi ilə universitetə daxil olsun".

Əlaqədar

Xaricdə təhsil alanlara xoş xəbər
Təhsil ekspertindən hər kəsi maraqlandıracaq açıqlama
Təhsil işçiləri AXC-nin 100 illiyini qeyd ediblər
"Ümumi təhsil haqqında" yeni qanun layihəsi hazırlanır
Təhsil naziri problemləri və prioritetləri açıqladı: "Ədalət prinsipi odur ki..."

Əsas mövzular