14:31 25 May 2018
Canlı yayım
Azərbaycan Dövlət İqtisad Universitetinin binası

Təhsil Naziri yeni əmr imzaladı

© Foto : UNEC mətbuat xidməti
ELM
Qısa URL
432 0 0

Anar Rzayev UNEC-in Beynəlxalq əlaqələr və proqramlar üzrə prorektoru vəzifəsinə təyin olunub

BAKI, 16 may — Sputnik. Təhsil naziri Ceyhun Bayramovun əmri ilə Anar Rzayev UNEC-in Beynəlxalq əlaqələr və proqramlar üzrə prorektoru vəzifəsinə təyin olunub.

UNEC-in Beynəlxalq əlaqələr və proqramlar üzrə prorektoru Anar Rzayev
UNEC-in Beynəlxalq əlaqələr və proqramlar üzrə prorektoru Anar Rzayev

UNEC-in mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Anar Yaşar oğlu Rzayev 1973-cü ildə anadan olub. Bakalavr təhsilini Xəzər Universitetində alıb. “ACTP” tələbə mübadiləsi müsabiqəsində Bakıda, sonra isə Moskvada qalib gələrək təhsilini ABŞ-ın Nyu-York ştatının Sirakuz Universitetinin Yutika Kollecində davam etdirib.

Dosent A.Rzayev bu vəzifəyə qədər UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbinin direktoru olub.

Rəhbərlik etdiyi dövrdə Beynəlxalq İqtisadiyyat Məktəbi II ixtisas qrupu üzrə hazırlaşan abituriyentlər arasında ən populyar fakültə kimi tanınıb. 2 il ard-arda DİM-in qəbul imtahanlarından 700 bal toplayan abituriyentlər məhz Beynəlxalq İqtisadiyyat Məktəbini seçiblər. 2017/18-ci tədris ilində II ixtisas qrupu üzrə Prezident təqaüdünə layiq görülən 23 gəncin 17-si hazırda UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbində ingilis dilində təhsil alır.

A.Rzayev UNEC-in “Beynəxalq iqtisadiyyat” (ingilis dilində) kafedrasının dosentidir. Azərbaycan, ingilis, rus və fars dillərini mükəmməl bilir.

Əlaqədar

Cocuq Mərcanlı məktəbliləri UNEC-ə dəvət olunub
UNEC-də tədris və imtahanların təşkili qaydaları dəyişdi
"Yekaterinburqda yaşayan azərbaycanlı gənclər UNEC-də təhsil almaqda maraqlıdırlar"
UNEC Rusiyada beynəlxalq sərgidə çıxış edib

Əsas mövzular