04:02 19 İyul 2018
Canlı yayım
  • RUB0.0271
  • USD1.7000
  • EUR1.9794
Birinsi sinifdə tədris prosesi, arxiv şəkli

Yaş məhdudiyyətinin qaldırılmasını gözləyənlərin diqqətinə: Bu, mümkün deyil

© Foto: Facebook / bakuedu.gov.az
ELM
Qısa URL
84720

Sentyabradək 6 yaşı tamam olmamış uşaqların məktəbə qəbulu mümkündürmü?

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 16 mart — Sputnik. Ümumtəhsil müəssisələrinin I sinfinə ancaq 15 sentyabr tarixinədək 6 yaşı tamam olan uşaqlar qəbul edilir. Dövlət ümumtəhsil məktəblərində yaradılmış məktəbəhazırlıq qruplarına isə həmin il 5 yaşı tamam olmuş uşaqlar qəbul olunurlar. Qaydalara görə, I sinfə vaxtından əvvəl qəbul isə hər il 16 sentyabr-31 dekabr müddətində 6 yaşı tamam olan xüsusi istedadlı uşaqlara şamil edilir.

Эксперт в области образования Кямран Асадов
© Sputnik / Murad Orujov
Эксперт в области образования Кямран Асадов

Maraqlıdır, mövcud məhdudiyyəti aradan götürüb, I sinfə 6 yaşı senytabrın 15-dək tamam olmayan uşaqların qəbul edilməsi mümkündürmü? Sputnik Azərbaycan məsələyə təhsil ekspertlərinin münasibətini öyrənib.

Təhsil eksperti Kamran Əsədov bildirib ki, dünya praktikasında birinci sinfə qəbul 6 yox, 7 yaşından həyata keçirilir: "Bu yaş həddi də boş yerə müəyyən edilmir. Burada uşaqların psixoloji və fiziki hazırlığı əsas götürülür. Onların müəyyən olunmuş dərs müddətində parta arxasında oturmaq bacarığı araşdırılır".

"Bizdə də əvvəllər belə idi. Ancaq sonradan 6 yaşa endirildi. İndi I sinfə 15 sentyabr tarixinədək 6 yaşı tamam olan, eləcə də Təhsil Nazirliyi tərəfindən müəyyən edilmiş qaydada xüsusi istedadlı uşaqların vaxtından əvvəl I sinfə qəbulu üzrə müsahibədən uğurla keçmiş, həmin ilin 16 sentyabr tarixindən 31 dekabr tarixinədək olan dövrdə anadan olmuş uşaqlar qəbul edilir", — deyə ekspert əlavə edib.

K.Əsədovun fikrincə, qəbul qaydalarını dəyişib, 16 sentyabr tarixinədək və ya sentyabrın sonunadək 6 yaşı tamam olan uşaqlara şamil etsələr, o zaman valideynlər tələb edəcək ki, bu, oktyabrda 6 yaşı tamam olan uşaqlara da şamil edilsin. Ekspert mövcud məhdudiyyətin düzgün tətbiq olunduğu fikrindədir.

"Burada intervallar qorunur. Məsələn, hərbi xidmətə çağırış aparılır, yəni hər il 4 dəfə hərbi xidmətə çağırış olur. Və bu müddətlərdə yalnız 18 yaşı tamam olanları hərbi xidmətə aparırlar. Əgər şəxsin 18 yaşı aprel ayında tamam olacaqsa, onu əlbəttə ki, yanvar ayında hərbi xidmətə çağırmayacaqlar. Yəni, bu, normaldır və bu məhdudiyyət anlaşılandır. Hesab edirəm ki, bu məhdudiyyəti saxlamaq lazımdır" — həmsöhbətimiz bildirib.

Əsədov onu da əlavə edib ki, 6 yaşı tamam olmuş bütün şagirdlərin fiziki və psixoloji olaraq məktəbə hazır olduqlarını da demək doğru deyil: "6 yaş elə də böyük yaş deyil. Ona görə də bütün uşaqları məktəbəqədər təhsil müəssisələrinə cəlb etmək lazımdır ki, rahat oxuya bilsinlər. Hətta elə uşaqlar olub ki, I sinfə qəbul olublar, amma müəyyən müddətdən sonra valideyninin istəyi ilə təhsilini dayandırıblar. Bu hallara da rast gəlinib. Ona görə də bu yaş məhdudiyyəti normaldır, başa düşüləndir".

Əjdər Ağayev, təhsil eksperti
© Foto : STR
Əjdər Ağayev, təhsil eksperti

"Çünki uşaqlar 1 yaşdan 3 yaşadək körpələr evinə, 3 yaşdan 5 yaşadək bağçalara, yəni məktəbəqədər təhsil müəssisələrinə cəlb edilirlər. Amma 5 yaşdan 6 yaşadək isə məktəblərin özündə fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrinə cəlb olunurlar. Hər hansı bir güzəşt olacaqsa, bütün yaş kateqoriyaları aylar üzrə özlərinə güzəşt istəyəcəklər. Ona görə də bu məhdudiyyəti normal qəbul etmək olar", — deyə Əsədov vurğulayıb.

Azərbaycan Təhsil Şurasının sədri, professor Əjdər Ağayev isə deyib ki, bu məsələdə müxtəlif yanaşmalar ola bilər, amma qəbul edilən qaydalar var: "Konkret olaraq 6 yaşı tamam olanlar I sinfə qəbul olunur. Əgər 6 yaşının tamam olmasına 2-3 ay qalıbsa, onlar yoxlamadan, müsahibədən keçirlər. Bilik, fiziki sağlamlıq, intellektual, dünyagörüş cəhətdən səviyyələri çatırsa, qəbul edilirlər. Bu qayda ən sadə, ən yaxşı yoldur. İndi burada müəyyən nüanslar nəzərə alınır".

Ə.Ağayevin fikrincə, həmin il sentyabrın 15-dən 5-10 gün sonra 6 yaşı tamam olmuş uşaqlar da I sinfə qəbul edilməlidir: "Əgər 2-3 ay vaxt keçirsə, 6 yaş tamam olursa, o zaman həmin uşaq müsahibədən keçməlidir. Əslində belə olmalıdır".

"Bunu dünya təcrübəsi ilə uyğunlaşdırmaq mümkün deyil. Hər bir ölkənin öz qayda-qanunları var. Məsələn, Yaponiyada 5 yaşdan uşaqları məktəbə götürürlər. Biz bunlara uyğunlaşa bilmərik. Biz öz inkişafımıza uyğun olaraq və həm də əlverişli mühit yaradaraq bunu tətbiq etməliyik. Burada ictimai fikir rol oynamır. Burada maddələr, əmrlər, onların icrası məsələsi var. Başqa bir yanaşma burada təsirli rol oynamır", — professor vurğulayıb.

Əlaqədar

Məktəblər üçün son 3 gün
Ali məktəb tələbələrinə yeni güzəşt tətbiq edilir
Məktəblilərin tətil günlərinin sayı açıqlandı
Bu kənddə uşaqlar məktəbə babalarının çiynində gedir
Nazir müavini məktəblərdəki yenilikdən danışdı
Teqlər:
6 yaş, 5 yaş, məhdudiyyət, I sinif, Əjdər Ağayev, ümumtəhsil müəssisələri, 15 sentyabr, Kamran Əsədov, təhsil, məktəb, Təhsil Nazirliyi, professor, ekspert, tarix

Əsas mövzular