05:46 23 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
ELM
Qısa URL
6259 0 0

Təhsilverənlər ildə bir dəfə dövlət tibb müəssisələrində dövri tibbi müayinədən dövlət hesabına keçirlər

BAKI, 31 yanvar — Sputnik. Məktəbəqədər təhsil sahəsində çalışanların müayinəsi zamanı vərəm, siflis aşkar edilərsə, onlar işə buraxılmayacaq. Sputnik Azərbaycan xəbər verir ki, bu, Nazirlər Kabinetinin təsdiqlədiyi "Məktəbəqədər təhsil sahəsində təhsilverənlərin tibbi müayinədən keçməsi Qaydası"nda əksini tapıb.

Qaydaya əsasən, tibbi müayinədən imtina edildikdə və dövri tibbi müayinədən keçmiş şəxslərdə aşağıdakı xəstəliklər aşkar edildikdə, onların işə buraxılmasına yol verilmir:

1. tam sağalma təsdiq edilənə qədər vərəm xəstəliyinin bütün klinik formaları;

2. tam sağalma təsdiq edilənə qədər sifilis xəstəliyi;

3. tam sağalma təsdiq edilənə qədər süzənək xəstəliyi;

4. helmintozlara (qurda yoluxma) və patogen ibtidailərə (amöbiaz, balantidiaz, ləmblioz) yoluxmalar;

5. kəskin və xroniki bağırsaq infeksiyalarının bütün klinik formaları;

6. kəskin virus infeksiyaları;

7. kəskin bakterial infeksiyalar;

8. bakterial infeksiyalarla bağlı bakteriyagəzdirənliyin bütün formaları;

9. ruhi xəstəliklər;

10. narkoloji xəstəliklər (narkomaniya, alkoqolizm, toksikomaniya);

11. ağıreşitmə.

Təhsilverənlər ildə bir dəfə dövlət tibb müəssisələrində dövri tibbi müayinədən dövlət hesabına keçirlər.

Əlaqədar

Təhsilə dair daha bir vacib qanun müzakirəyə çıxarılacaq
Bir valideynini itirmiş şəxslərə təhsil müjdəsi
Azərbaycan təhsilində islahatlar aparılacaq
Təhsil Nazirliyindən önəmli məlumat
Təhsil Nazirliyi işçi axtarır
Teqlər:
təhsilverən, məktəbəqədər təhsil, tibbi müayinə

Əsas mövzular