18:09 04 Aprel 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
ELM
Qısa URL
147330

Ümumi təhsil müəssisələrində çalışan müəllimlərin diaqnostik qiymətləndirilməsinə yekun vurulub

BAKI, 5 yanvar — Sputnik. Diaqnostik qiymətləndirmədən keçən müəllimlərin əmək haqları artırılıb. Bu barədə Sputnik Azərbaycan-a Təhsil Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, 2018-ci il yanvarın 1-dən ötən ilin may-aprel aylarında diaqnostik qiymətləndirilmədən keçən 42 minə yaxın müəllimin əmək haqqı artırılıb: "Azərbaycan Respublikası prezidentinin Sərəncamına uyğun olaraq mərkəzləşdirilmiş müsabiqə yolu ilə dövlət ümumi təhsil müəssisələrinə işə qəbul olunan müəllimlər diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərə bərabər tutulur. Bu qərara əsasən, 2017-ci ildə müəllimlərin işə qəbulu imtahanından uğurla keçib təyin olunan 6 minə yaxın müəllimin də əmək haqqı artırılıb".

"Azərbaycan Respublikası Prezidentinin "Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin dərs yükünün və əməkhaqqının artırılması haqqında" 16 yanvar 2015-ci il tarixli 994 nömrəli sərəncamında bu kateqoriyadan olan müəllimlərin həftəlik dərs yükü normasının 1,5 dəfə, aylıq vəzifə maaşının 2 dəfə artırılması nəzərdə tutulub" — Nazirlikdən bildirilib.

Qeyd edək ki, 2014-cü ildən etibarən ölkə üzrə ümumilikdə 140.000-dək müəllim, o cümlədən ümumi saydan 41 360 nəfəri 2017-ci ildə diaqnostik qiymətləndirmədən keçib. Beləliklə də ölkənin ümumi təhsil müəssisələrində çalışan müəllimlərin diaqnostik qiymətləndirilməsinə yekun vurulub.

Əlaqədar

Müəllimlərə şad xəbər var
Məleykə Abbaszadə müəllimləri sərt tənqid etdi
Azərbaycanlı müəllim bir ilkə imza atdı
Gəncədə müəllimi bıçaqladılar
Teqlər:
diaqnostik qiymətləndirmə, əmək haqqı, maaş, Təhsil Nazirliyi, Azərbaycan Respublikası, müəllim

Əsas mövzular