00:06 24 Sentyabr 2017
Canlı yayım
Kompüter arxasında oturmuş adam, arxiv şəkli

İlk dəfə insan beyni birbaşa internetə qoşuldu

CC BY 2.0 / Danni Atherton / Businessman
ELM
Qısa URL
54 0 0

“Brainternet” real vaxt rejimində beyinin fəaliyyətini açıq şəkildə izləməyə imkan verən ilk layihədir

BAKI, 17 sentyabr — Sputnik. “Brainternet” layihəsi birbaşa yayım rejimində elektroensefaloqramın köməyi ilə insanın beyin fəallığı haqqında məlumatları şəbəkəyə çıxarır. İstifadəçi başına “Emotiv EEG” adlı qurğunu taxır. Qurğu “Raspberry Pi” mikrokompüteri vasitəsilə beyin dalğalarını tətbiqi proqram interfeysinə çevirir və onu portalda yerləşdirir. Burada hər kəs təcrübi fərdi beyin fəallığına baxa bilər.

AZƏRTAC xəbər verir ki, “Brainternet” açıq portalı informasiya texnologiyaları mütəxəssisi Adam Pantanoviç tərəfindən yaradılıb. O, layihənin insan beyninin fəaliyyətinin dərk edilməsinin sadələşdirilməsi, həmçinin texnologiyaların inkişafına kömək edəcək məlumat bazasının yaradılması üçün nəzərdə tutulduğunu deyib.

Müəllifin sözlərinə görə, “Brainternet” real vaxt rejimində beyinin fəaliyyətini açıq şəkildə izləməyə imkan verən ilk layihədir.

Əlaqədar

İnternet pulsuz olacaq
Ekspert: “İctimai internet şəbəkəsini quran şirkətlər internetin sürətini artırmalıdır”
İnternet portalının rəhbərinə növbəti dəfə xəbərdarlıq edildi
Sputnik Azərbaycan NETTY Milli internet mükafatının qalibi oldu
Uşaqların internet asılılığı vacib problemdir
Teqlər:
Brainternet” açıq portalı, Raspberry Pi” mikrokompüteri, Adam Pantanoviç

Əsas mövzular