07:09 28 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
ELM
Qısa URL
59 0 0

Müdafiə işləri hər iki tərəfin iştriakı ilə "Skype" vasitəsi ilə aparılacaq

BAKI, 26 iyul — Sputnik. UNEC ilə Avropanın nüfuzlu ali təhsil müəssisələrindən olan Mikolos Romeris Universiteti (MRU) arasında magistratura səviyyəsində ikili diplom proqramının şərtləri müəyyənləşib. UNEC-in mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, proqrama "Maliyyə bazarları", "Maliyyə menecmenti" və "Maliyyə nəzarəti və audit" ixtisasları üzrə təhsil alan, bakalavr dərəcəsi üzrə akademik göstərici – 80 baldan yuxarı olan və ingilis dili biliyi ən azı B2 səviyyəsində olan şəxslər müraciət edə bilərlər.

2017/18-ci tədris ilindən başlayacaq proqrama qəbul olan magistrlər ilk semestri UNEC-də başa vuraraq, ikinci semestr MRU-də təhsil alacaqlar. 3-cü semestrdə UNEC-də təcrübə və tədqiqat, 4-cü semestrdə isə həm UNEC-də, həm də MRU-da tədqiqat və diplom müdafiəsində olacaqlar. Müdafiə işləri hər iki tərəfin iştriakı ilə "Skype" vasitəsi ilə aparılacaq. Hər iki universitetin professorlarının rəhbərliyi altında magistr dissertasiyalarını uğurla müdafiə edən magistrlərə UNEC-in müvafiq ixtisas üzrə diplomu və diploma əlavəsi ilə yanaşı, MRU-nun "Maliyyə Bazarları" ixtisası üzrə magistr diplomu ilə diploma əlavəsini də təqdim olunacaq.

Qeyd edək ki, MRU UNEC-in ikili diplom proqramı həyata keçirdiyi 4-cü Avropa İttifaqına üzv ölkənin universitetidir. Bu sahədə kifayət qədər təcrübəsi olan UNEC son 3 ildə tələbələrə London Universiteti/London İqtisadiyyat Məktəbi, Fransanın Montpellier Universiteti, eyni zamanda İsveçrənin UBİS Biznes və Beynəlxalq Tədqiqatlar Universitetinin diplomalarını almaq imkanı verir.

Əlaqədar

UNEC-dən tələbələrə inanılmaz fürsət – 4 ilə 2 diplom!
Fransalı rektor: "UNEC çox yaxşı universitetdir"
Millət vəkili: "UNEC öz adını dünyanın ən nüfuzlu universitetləri sırasına yazacaq"
UNEC Avropa təhsil məkanına inteqrasiyanı genişləndirir
Amerikalı professordan UNEC-dəki fəaliyyəti barədə maraqlı açıqlama
UNEC-in əcnəbi tələbələri Səməd Vurğunun ev-muzeyində olublar
Teqlər:
diplom, magistratura, proqram, MRU, Mikolos Romeris Universiteti, Avropa, UNEC

Əsas mövzular