15:14 12 Noyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0266
  • EUR1.8757
Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC)

Abituriyentlərə inanılmaz fürsət

© Sputnik / Murad Orujov
ELM
Qısa URL
250 0 0

Qəbul imtahanlarında 600-dən yüksək bal toplayaraq UNEC-ə daxil olan tələbələrə universitet hesabına bir semestr müddətinə əlavə təqaüd veriləcək

BAKI, 18 may — Sputnik. Cənubi Qafqazın ən böyük iqtisadyönümlü universiteti olan UNEC abituriyentlər üçün ixtisas seçimindən öncə bir gün tələbə həyatı yaşamağı təklif edir.

UNEC-də dərslərin ictimaiyyətə açıq keçirildiyini nəzərə alaraq, qəbul imtahanlarında 2-ci qrup üzrə müvafiq bal toplayan abituriyentlər bu ali məktəbə gələrək, istədikləri dərsdə dinləyici kimi iştirak edə bilərlər. Dərsləri dinləmək abituriyentlərə ixtisas seçimi edərkən düzgün qərar verməyə kömək edəcək.

UNEC tələbəsi adını qazanmaq istəyən abituriyentlər universitetə gələrək, ali məktəblə tanış ola, onları maraqlandıran bütün suallara cavab ala bilərlər.

Bundan başqa, UNEC-lə tanış olmaq istəyən abituriyentlər universitetin rəsmi Facebook səhifəsinə yaza və yaxud "Qaynar Xətt" xidmətinə (146-1-3) müraciət edə bilərlər.

Qeyd edək ki, qəbul imtahanlarında 600-dən yüksək bal toplayaraq UNEC-ə daxil olan tələbələrə universitet hesabına bir semestr müddətinə əlavə təqaüd veriləcək. İmtahan sessiyasında fakültə fərqi olmadan hər kurs üzrə ən yüksək nəticə göstərən 15 tələbəyə isə ayrıca əlaçı təqaüdü verilir. Bunlar ödənişli, ödənişsiz, əyani və ya qiyabi təhsil alan tələbələr də ola bilər.

Əlaqədar

UNEC-in əcnəbi tələbələri Səməd Vurğunun ev-muzeyində olublar
Silikon Vadisinin sərmayədarları UNEC-də olublar
UNEC İslam Dünyası Universitetləri Federasiyasının İdarə Heyətinə seçilib
Rusiya İqtisad Universitetinin rektoru: "UNEC böyük nailiyyətlər qazanıb"
Teqlər:
ixtisas seçimi, qəbul imtahanları, universitet, abituriyentlər, tələbə, UNEC, Cənubi Qafqaz

Əsas mövzular