16:00 21 Sentyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0265
  • EUR1.8799
Moskva-Pekin-Bakı-Kişinyov videokörpüsü
© Sputnik / Murad Orujov

Rusiyanın ən yaxşı universitetlərində təhsil almaq istərdinizmi?

ELM
Qısa URL
78 0 0

Bu mövzuda Moskva-Pekin-Bakı-Kişinyov videokörpüsü keçirilib

BAKI, 27 sen — Sputnik. 80 mindən artıq xarici tələbə Rusiya universitetlərində təhsil almaq üçün müraciət edib. Bunu "Rusiyanın ən yaxşı universitetləri: özününkünü seç" mövzusunda keçirilən Moskva-Pekin-Bakı-Kişinyov videokörpüsündə "Rossotrudniçestvo" agentliyi rəhbərinin müavini Dmitriy Qujelya bildirib.
Tələbə
© Sputnik / Kirill Kallinikov

Rusiya hər il 15 min xarici tələbəni pulsuz ali təhsil almağa dəvət edir. www.russia.study portalında qeydiyyatdan keçmiş və öz ölkələrində müsabiqə yolu ilə seçilmiş xarici abituriyentlər öz istəklərinə uyğun olaraq 6-ya qədər Rusiya universitetini seçə bilərlər. "Rusiyanın ən yaxşı universitetləri: özününkünü seç" interaktiv resursu isə bu seçimə kömək məqsədilə nəzərdə tutulub.

D. Qujelyanın sözlərinə görə, xarici tələbələri Rusiyada təhsil almağa cəlb etmək üçün kvota çərçivəsində fəal təşviqat aparılır: "Bu il Rusiya Federasiyasında pulsuz təhsil almaq üçün 179 ölkədən 15 min tələbə gəlib. İki dəfəyə qədər çox xarici tələbə isə ödənişli əsaslarda təhsil alacaq".

Ekspert bildirib ki, bu prosesdə informasiya sistemlərindən fəal istifadə olunur: "Bu il Rusiyada təhsil almaq üçün 80 mindən artıq xarici vətəndaş müraciət edib. Bu, təhsilin keyfiyyətinin yüksək olduğunun və onun dəyərləndirildiyinin göstəricisidir. Tələbə seçimi isə çox şəffaf keçirilir. Bunun üçün müxtəlif ölkələrdə 15-20 insandan ibarət komissiyalar fəaliyyət göstərir".

"Tələbələrin məlumatlandırılması mühüm məsələlərdən biridir. Məhsulun mahiyyəti ondadır ki, resursların 10-dan artıq dildə təqdim olunması xarici tələbələr üçün lazım olan bütün məlumatları asanlıqla əldə etmələrinə imkan verir. İnternet resurslar onlara universitetlərin istiqamətlərini araşdırmağa və öz ərizələrini təqdim etməyə şərait yaradır", — deyə agentlik nümayəndəsi bildirib.

"Rossotrudniçestvo"nun Azərbaycan Respublikasındakı nümayəndəliyinin rəhbəri Valentin Denisovun sözlərinə görə isə, yeni portal haqda məlumatlar Azərbaycanda diqqətlə araşdırılıb: "Bu il biz Rusiyaya 200 nəfərə yaxın tələbə göndərmişik. Bundan başqa, yeni layihə haqda Azərbaycanın Təhsil Nazirliyi ilə danışıqlar aparırıq. Azərbaycan dili üçün isə xüsusi təşəkkürümü bildirmək istəyirəm. Bu, Rusiyanın Azərbaycan dilində olan ilk humanitar məhsuludur. Bu, təhsil sahəsində əlaqələrin perspektivlərini göstərir", — deyə o bildirib.

"Rossotrudniçestvo"nun Çin Xalq Respublikasındakı nümayəndəliyinin rəhbəri Vitor Kokonov isə bildirib ki, Çində Rusiya universitetlərinə maraq artıb: "Bu naviqator 200-dən artıq Rusiya universitetlərinin panoramasını xarici vətəndaşlara təqdim edir. Bir neçə dildə fəaliyyət göstərən informasiya portalı isə onlara seçimlərində kömək edir".

Qeyd edək ki, "Rusiyanın ən yaxşı universitetləri: özününkünü seç" interaktiv resursu "Rossoya seqodnya" BİA-nın "Sosial naviqator" layihəsi çərçivəsində Sputnik informasiya agentliyinin iştirakı və "Rossotrudniçestvo"nun (Müstəqil Dövlətlər Birliyi, xaricdə yaşayan soydaşlar və beynəlxalq humanitar əməkdaşlıq işləri üzrə Federal Agentlik) dəstəyi ilə işlənib hazırlanıb. Resurs xarici vətəndaşlara Rusiya universitetləri barədə 12 dildə məlumatın verilməsini nəzərdə tutur.

Əlaqədar

Lənkəran Dövlət Universitetinin ikinci korpusunun açılışı olub
"Multikulturalizm" adlı fənn artıq bütün universitetlərdə tədris ediləcək
Qafqaz Universitetinin adı dəyişdirildi
Özəl universitetlərin başı üzərində "qara buludlar"
Bakı Slavyan Universitetinin rektoru: Bunlar mənə qarşı sifarişdir
UNEC regionun iqtisadyönümlü universitetləri arasında 4-cü yerə yüksəlib
Teqlər:
"Rossotrudniçestvo", videokörpü, universitet, Kişinyov, Pekin, Bakı, Moskva, Rusiya

Əsas mövzular