16:21 16 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0232
  • EUR2.0652
ELM
Qısa URL
29301

Üzərində qrafen olan su Günəşin altına qoyulduqda çirkli su təmizlənir.

BAKI, 28 iyul-Sputnik. Hindistanlı alim Srikanth Singamaneni Vaşinqton Universitetinin alimləri ilə birgə qrafendən istifadə etməklə çirkli suyu içməliyə çevirməyin yolunu tapıb.

Sputnik vistanews.ru-ya istinadla xəbər verir ki, alimlər günəşin altında, həmçinin çirkli suyun üzərində dayana bilən qrafen əsaslı təbəqə hazırlayıblar.

Təbəqənin özəlliyi ondadır ki, üzərində qrafen olan su Günəşin altına qoyulduqda çirkli su təmizlənir. Bu zaman təbəqənin tərkibində olan bakteriyalar istilik və Günəş işığına məruz qalır. Daha sonra sellülozun bakteriyaları qrafen oksidlə kimyəvi reaksiyaya girərək çirkli suyu təmizləyib içməli hala salır.

S.Singamaneninin sözlərinə görə, qrafen oksidi məhz istilik və cərəyanın keçiricisi olduğundan çirkli suyu təmizləmək qabilliyətinə malikdir.

Tədqiqatçılar ümid edirlər ki, Hindistan kimi isti ölkələrdə yaşayan insanlar bu üsulla içməli suyu daha rahat əldə edəcəklər. Nəticədə, təbii resurslara əhəmiyyətli dərəcədə qənaət etmək imkanı yaranacaq.

Əlaqədar

Alimlər açıqladı: Bu qidaları qətiyyən yeməyin
Alimlər: Smartfonlar sevgi münasibətlərini pozur
Amerikalı alimlər xərçəngi yox edən dərman hazırladı
Britaniyalı alimlər eksperiment apardılar, nəticələr inanılmaz oldu
Alimlər sudan quru çıxmağın üsulunu tapıblar
Teqlər:
sellüloz, Vaşinqton Universitetinin alimləri, Srikanth Singamanen, Vaşinqiton, bakteriya, su, günəş

Əsas mövzular