20:43 13 Dekabr 2017
Canlı yayım
Планета Марс

Astronomlar Günəş sisteminin ən uzaq planetini aşkar ediblər

© tainy
ELM
Qısa URL
26001

İndiyədək Günəş sisteminin ən ucqar planetləri, 2003-cü ildə kəşf edilən Sedna və 2012-ci ildə aşkar edilmiş VP113 planetləri hesab olunurdu.

BAKI, 12 noy — Sputnik. Amerikalı astronomlar, ola bilsin ki, Günəş sisteminin ən uzaq səma cismi olan miniatür planeti aşkar ediblər. Bu barədə Karnegi institutundan Skot Şeppard məlumat verib.

“Biz hələ obyekti təsnif edə bilmərik, çünki onun orbitini bilmirik”,  – deyə Şeppard vurğulayıb. 

Lakin cismin əks etdirmə qabiliyyətinə əsasən, alimlər belə nəticəyə gəliblər ki, obyektin diametri, V774101 adlı planetin 300-600 mil təşkil edir (500-1000 kilometr). Bu Plutonun orbitindən təxminən iki dəfə azdır. Obyekt Yerdən təqribən 10 milyard mil uzaqdadır.

İndiyədək Günəş sisteminin ən ucqar planetləri, 2003-cü ildə kəşf edilən Sedna və 2012-ci ildə aşkar olunmuş VP113 planetləri hesab olunurdu. Onlar Günəşdən Yerə nisbətən 80 dəfə daha uzaqdırlar. 

V774101 Günəşdən bizim planetə nisbətən 103 dəfə daha çox uzaqdır. 

Şeppard bunu da əlavə edib ki, yekun nəticələrə gəlmək üçün obyekti daha bir il müşahidə etmək lazımdır. Kəşf haqqında məlumat artıq Amerika Astronomiya Cəmiyyətinə verilib. 

Əsas mövzular