12:03 18 Sentyabr 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0014
  • RUB0.0234
RUSİYA
Qısa URL
467 0 0

Hazırda dünyada təxminən 217 milyon koronavirus xəstəsi var. Dörd yarım milyon insanı xilas etmək mümkün olmayıb. Ən çətin vəziyyət ABŞ, Hindistan və Braziliyada müşahidə olunur.

BAKI, 1 sentyabr — Sputnik. Koronavirus pandemiyası 2024-cü ilə qədər bitə bilər. Sputnik Azərbaycan Rusiya mediasına istinadən xəbər verir ki, bunu immunoloq Nikolay Krüçkov deyib.

"Bəlkə də 2023-cü ilin sonuna, 2024-cü ilə qədər dünyada vəziyyət sabitləşə bilər. Rusiyada bu, bir az tez baş verməlidir", - deyə o, bildirib.

Krüçkov vurğulayıb ki, bu müddət ərzində ölümün və virus mutasiyalarının ehtimalını azaltmaq vacibdir ki, bu da pandemiya ilə əlaqədar vəziyyəti nəzarət altına almağa imkan verəcək.

ÜST-nin son məlumatlarına görə, hazırda dünyada təxminən 217 milyon koronavirus xəstəsi var. Cons Hopkins Universitetinin hesablamalarına görə isə onların sayı artıq 218 milyona yaxınlaşır. Dörd yarım milyon insanı xilas etmək mümkün olmayıb. Ən çətin vəziyyət ABŞ, Hindistan və Braziliyada müşahidə olunur.

Həmçinin oxuyun:

"Koronavirusun yeni yayılmış "Mu" ştammının təhlükəsi - Sürətlə yoluxdurur...

Teqlər:
immunitet

Əsas mövzular