https://sputnik.az/20210830/Ceyhun-Bayramov-Minsk-Qrupunun-rusiyal-yeni-hmsdrini-qbul-edib-427788410.html
Ceyhun Bayramov Minsk Qrupunun rusiyalı yeni həmsədrini qəbul edib
Ceyhun Bayramov Minsk Qrupunun rusiyalı yeni həmsədrini qəbul edib
Sputnik Azərbaycan
Tərəflər üçtərəfli bəyanatdan irəli gələn müddəaların həyata keçirilməsi və etimadın qurulması tədbirlərinin reallaşması ətrafında fikir mübadiləsi aparıblar. 30.08.2021, Sputnik Azərbaycan
2021-08-30T21:43+0400
2021-08-30T21:43+0400
2021-08-30T22:09+0400
xəbərlər
siyasət
rusiya
https://cdnn1.img.sputnik.az/img/07e5/08/1e/427814739_0:308:3076:2047_1920x0_80_0_0_5cbf4de92f1aa88bb9044813de259142.jpg
BAKI, 30 avqust — Sputnik. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in Minsk Qrupunun Rusiya Federasiyasından olan yeni həmsədri İqor Xovayevi qəbul edib.Sputnik Azərbaycan xəbər verir ki, bu barədə məlumatı Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti yayıb. Məlumata görə, nazir Ceyhun Bayramov qarşı tərəfi təyinatı münasibətilə təbrik edib.İqor Xovayev bu səfərinin tanışlıq xarakteri daşıdığını söyləyib.Nazir Ceyhun Bayramov qarşı tərəfə bölgədəki cari vəziyyət, Azərbaycanın münaqişə sonrası mərhələdə həyata keçirdiyi tədbirlər, işğal faktorunun aradan qaldırılması ilə Ermənistanla beynəlxalq hüquq prinsipləri əsasında münasibətlərin normallaşdırılmasının mümkünlüyü, habelə qarşı tərəfin sərgilədiyi revanşist mövqeyin heç bir perspektivinin olmaması, tərəflərin yaranmış əməkdaşlıq imkanlarından faydalanmasının vacibliyi barədə məlumat verib.Tərəflər üçtərəfli bəyanatdan irəli gələn müddəaların həyata keçirilməsi və etimadın qurulması tədbirlərinin reallaşması ətrafında fikir mübadiləsi aparıblar.Qeyd edək ki, iyulun 30-da ATƏT-in Minsk qrupuna Rusiyadan yeni həmsədr təyin olunub. İqor Xovayev qurumda 2010-cu ildən etibarən ATƏT-in Minsk qrupunda Rusiya tərəfdən həmsədr olan İqor Popovu əvəz etməyə başlayıb. Rusiyanın ATƏT Minsk qrupunda yeni həmsədrinin tərcümeyi-halıİqor Xovayev 1962-ci ildə anadan olub. 1988-ci ildə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun Beynəlxalq fakültəsini bitirən Xovayev elə həmin ildə də diplomatik xidmətə qəbul olunub. 2017-ci ildə birinci dərəcəli fövqəladə və səlahiyyətli elçi diplomatik ranqına layiq görülüb.1988-ci ildən etibarən SSRİ və Rusiyanın Xarici İşlər Nazirliyinin mərkəzi aparatında və xarici ölkələrdə müxtəlif vəzifələrdə çalışıb. 2005-2010-cu illərdə Rusiyanın Vyetnamdakı səfirliyində müşavir-elçi, 2010-2015-ci illərdə Rusiya XİN üçüncü Asiya departamentinin direktor müavini olub.2015-ci ilin martın 2-dən 2020-ci il sentyabrın 21-dək Rusiyanın Filippin, Palau və Mikroneziyada fövqəladə və səlahiyyətli səfiri olub. Elə həmin ilin mayın 5-dən etibarən eyni zamanda Marşal adalarında da Rusiyanın fövqəladə və səlahiyyətli vəzifəsini icra edib.İngilis, fransız və Vyetnam dillərini bilir.Həmçinin oxuyun:* Rusiyanın ATƏT-in Minsk qrupundakı yeni həmsədri kimdir?* İlham Əliyev: "İyirmi səkkiz il ərzində Minsk qrupu çox imkanları əldən verib"
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Ülkər Abdullayeva
https://cdnn1.img.sputnik.az/img/41266/25/412662514_360:0:1640:1280_100x100_80_0_0_4bdc23c28870dfb3f423d6428fe7f50f.jpg
Ülkər Abdullayeva
https://cdnn1.img.sputnik.az/img/41266/25/412662514_360:0:1640:1280_100x100_80_0_0_4bdc23c28870dfb3f423d6428fe7f50f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/08/1e/427814739_0:114:3076:2047_1920x0_80_0_0_4c7f7cbe3773870f4bd04a135bdf29a9.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Ülkər Abdullayeva
https://cdnn1.img.sputnik.az/img/41266/25/412662514_360:0:1640:1280_100x100_80_0_0_4bdc23c28870dfb3f423d6428fe7f50f.jpg
xəbərlər
Ceyhun Bayramov Minsk Qrupunun rusiyalı yeni həmsədrini qəbul edib
21:43 30.08.2021 (Yenilənib: 22:09 30.08.2021) Tərəflər üçtərəfli bəyanatdan irəli gələn müddəaların həyata keçirilməsi və etimadın qurulması tədbirlərinin reallaşması ətrafında fikir mübadiləsi aparıblar.
BAKI, 30 avqust — Sputnik. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in Minsk Qrupunun Rusiya Federasiyasından olan yeni həmsədri İqor Xovayevi qəbul edib.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə məlumatı Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti yayıb.
Məlumata görə, nazir Ceyhun Bayramov qarşı tərəfi təyinatı münasibətilə təbrik edib.
İqor Xovayev bu səfərinin tanışlıq xarakteri daşıdığını söyləyib.
Nazir Ceyhun Bayramov qarşı tərəfə bölgədəki cari vəziyyət, Azərbaycanın münaqişə sonrası mərhələdə həyata keçirdiyi tədbirlər, işğal faktorunun aradan qaldırılması ilə Ermənistanla beynəlxalq hüquq prinsipləri əsasında münasibətlərin normallaşdırılmasının mümkünlüyü, habelə qarşı tərəfin sərgilədiyi revanşist mövqeyin heç bir perspektivinin olmaması, tərəflərin yaranmış əməkdaşlıq imkanlarından faydalanmasının vacibliyi barədə məlumat verib.
Tərəflər üçtərəfli bəyanatdan irəli gələn müddəaların həyata keçirilməsi və etimadın qurulması tədbirlərinin reallaşması ətrafında fikir mübadiləsi aparıblar.
Qeyd edək ki, iyulun 30-da ATƏT-in Minsk qrupuna Rusiyadan yeni həmsədr təyin olunub. İqor Xovayev qurumda 2010-cu ildən etibarən ATƏT-in Minsk qrupunda Rusiya tərəfdən həmsədr olan İqor Popovu əvəz etməyə başlayıb.
Rusiyanın ATƏT Minsk qrupunda yeni həmsədrinin tərcümeyi-halı
İqor Xovayev 1962-ci ildə anadan olub. 1988-ci ildə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun Beynəlxalq fakültəsini bitirən Xovayev elə həmin ildə də diplomatik xidmətə qəbul olunub. 2017-ci ildə birinci dərəcəli fövqəladə və səlahiyyətli elçi diplomatik ranqına layiq görülüb.
1988-ci ildən etibarən SSRİ və Rusiyanın Xarici İşlər Nazirliyinin mərkəzi aparatında və xarici ölkələrdə müxtəlif vəzifələrdə çalışıb. 2005-2010-cu illərdə Rusiyanın Vyetnamdakı səfirliyində müşavir-elçi, 2010-2015-ci illərdə Rusiya XİN üçüncü Asiya departamentinin direktor müavini olub.
2015-ci ilin martın 2-dən 2020-ci il sentyabrın 21-dək Rusiyanın Filippin, Palau və Mikroneziyada fövqəladə və səlahiyyətli səfiri olub. Elə həmin ilin mayın 5-dən etibarən eyni zamanda Marşal adalarında da Rusiyanın fövqəladə və səlahiyyətli vəzifəsini icra edib.
İngilis, fransız və Vyetnam dillərini bilir.