https://sputnik.az/20210821/Kuril-adalarndan-Yaponiyaya-zb-glmi-rusiyal-snacaq-istyib-427747763.html
Kuril adalarından Yaponiyaya üzüb gəlmiş rusiyalı sığınacaq istəyib
Kuril adalarından Yaponiyaya üzüb gəlmiş rusiyalı sığınacaq istəyib
Sputnik Azərbaycan
Həmin şəxs hələ avqustun 17-də dənizə çıxıb və iki gün sonra Yaponiya sərhədçiləri tərəfindən saxlanılıb. Rusiya Federal Təhlükəsizlik Xidmətinin Saxalin... 21.08.2021, Sputnik Azərbaycan
2021-08-21T12:34+0400
2021-08-21T12:34+0400
2021-11-16T20:28+0400
xəbərlər
cəmiyyət
rusiya
kuril adaları
dünya
https://cdnn1.img.sputnik.az/img/40890/50/408905090_0:149:3008:1850_1920x0_80_0_0_a53c5cda6a8a03819e05e9581d3568ab.jpg
BAKI, 21 avgust — Sputnik. Kunaşir adasından Yaponiyanın Hokkaydo adasına üzüb gəldiyini iddia edən Rusiya vətəndaşı Sapporo immiqrasiya bürosuna təhvil verilib. Sputnik Azərbaycan Rusiya KİV-lərinə istinadən xəbər verir ki, rusiyalı Yaponiyadan sığınacaq istəyib və tezliklə onun barəsində hansı qərarın qəbul olunacaı mlum olacaq.“O bildirir ki, Kunaşir adasından üzərək gəlib və sığınacaq istəyir”, - deyə Kiodo-nun məlumatında deyilir.Qeyd edək ki, Kunaşir və Hokkaydo adaları arasında məsafə təqribən iyirmi kilometrdir.Yujno-Kurilsk şəhər administrasiyasından bildirilib ki, Udmurtiyadan Kuril adalarına gəlmiş rusiyalı burada üç il yaşayıb.“Qolovnino qəsəbəsində yaşayan cavan oğlan Yaponiyanın Hokkaydo adasındakı Sibetsu şəhərinə gedib”, - deyə RİA Novosti administrasiyadakı mənbəyə istinadən bildirib.Mənbənin sözlərinə görə, həmin şəxs hələ avqustun 17-də dənizə çıxıb və iki gün sonra Yaponiya sərhədçiləri tərəfindən saxlanılıb.Rusiya Federal Təhlükəsizlik Xidmətinin Saxalin vilayəti sərhəd idarəsində yalnız hadisə ilə bağlı araşdırma aparıldığı bildirilib.Həmçinin oxuyun:Yaponiyanın baş naziri Kuril adaları ilə bağlı Moskva ilə razılığa gəlməyi söz verib
dünya
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/40890/50/408905090_0:54:3008:1945_1920x0_80_0_0_5fe755be3620027eb595eda00a17e875.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər, kuril adaları, dünya
xəbərlər, kuril adaları, dünya
Kuril adalarından Yaponiyaya üzüb gəlmiş rusiyalı sığınacaq istəyib
12:34 21.08.2021 (Yenilənib: 20:28 16.11.2021) Həmin şəxs hələ avqustun 17-də dənizə çıxıb və iki gün sonra Yaponiya sərhədçiləri tərəfindən saxlanılıb. Rusiya Federal Təhlükəsizlik Xidmətinin Saxalin vilayəti sərhəd idarəsində yalnız hadisə ilə bağlı araşdırma aparıldığı bildirilib.
BAKI, 21 avgust — Sputnik. Kunaşir adasından Yaponiyanın Hokkaydo adasına üzüb gəldiyini iddia edən Rusiya vətəndaşı Sapporo immiqrasiya bürosuna təhvil verilib.
Sputnik Azərbaycan Rusiya KİV-lərinə istinadən xəbər verir ki, rusiyalı Yaponiyadan sığınacaq istəyib və tezliklə onun barəsində hansı qərarın qəbul olunacaı mlum olacaq.
“O bildirir ki, Kunaşir adasından üzərək gəlib və sığınacaq istəyir”, - deyə Kiodo-nun məlumatında deyilir.
Qeyd edək ki, Kunaşir və Hokkaydo adaları arasında məsafə təqribən iyirmi kilometrdir.
Yujno-Kurilsk şəhər administrasiyasından bildirilib ki, Udmurtiyadan Kuril adalarına gəlmiş rusiyalı burada üç il yaşayıb.
“Qolovnino qəsəbəsində yaşayan cavan oğlan Yaponiyanın Hokkaydo adasındakı Sibetsu şəhərinə gedib”, - deyə RİA Novosti administrasiyadakı mənbəyə istinadən bildirib.
Mənbənin sözlərinə görə, həmin şəxs hələ avqustun 17-də dənizə çıxıb və iki gün sonra Yaponiya sərhədçiləri tərəfindən saxlanılıb.
Rusiya Federal Təhlükəsizlik Xidmətinin Saxalin vilayəti sərhəd idarəsində yalnız hadisə ilə bağlı araşdırma aparıldığı bildirilib.