11:41 05 Avqust 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0122
  • RUB0.0233
RUSİYA
Qısa URL
39 0 0

Rusiya Baş naziri Mixail Mişustin təyyarənin itməsinin səbəblərinin araşdırılması üçün xüsusi komissiyanın yaradılması haqqında qərar qəbul edib.

BAKI, 6 iyul — Sputnik. İlkin məlumatlara görə, radarlardan itmiş An-26 təyyarəsinin göyərtəsində olan 28 nəfərin hamısı həlak olub.  Təyyarənin qalıqlarını dəniz aviasiyasının İL-38 təyyarəsi tapıb.  

Sputnik Azərbaycan bildirir ki, bu barədə Sakit Okean Donanmasından məlumat verilib. 

--------

14:12

Kamçatkada qəzaya uğrayan təyyarənin qalıqları aeroportdan 3,8 kilometr aralıda tapılıb. Bu barədə məlumatı Rusiyanın Fövqəladə Hallar Nazirliyi yayıb.
“Təyyarənin qalıqları aeroportdan 3,8 kilometr aralıda aşkarlanıb. Hadisə yerinə 26 nəfərlik xilasedicilər qrupu cəlb olunub”, - deyə məlumatda bildirilir.
FHN-dən qeyd olunub ki, qaranlıq düşdüyündən və okeanda qabarma başladığından hərəkət çətinləşir.

--------

14:05

Xilasedicilər Kamçatkada radarlardan itən “An-26” təyyarəsinin fraqmentini tapıblar. “Rosavasiya”dan bildirilib ki, landşaftın xüsusiyyətlərinə görə, xilasetmə işlərində çətinlik yaşanır.

---------

12:43

Kamçatkada qəzaya uğrayan An-26 təyyarəsinin düşdüyü yer hələ bəlli deyil.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Rusiya FHN-dən verilən məlumatda deyilir. 

"Bəzi KİV-lərdə məlumat yayılıb ki, xilasedicilər An-26 sərnişin təyyarəsinin düşdüyü yeri müəyyən ediblər. Ancaq bildiririk ki, hazırda Rusiya FHN bu məlumatı təsdiqləmir. Axtarışlar davam edir", - nazirlikdən bildirilib. 

 

---------

11:16

Qəzaya uğrayan An-26 təyyarəsinin Kamçatkada düşdüyü yer müəyyənləşdirilib.

Xilasedicilər An-26 təyyarəsinin Kamçatkada dənizə düşdüyü yeri müəyyənləşdiriblər. Sputnik Azərbaycan bu barədə RİA Novosti-yə istinadla məlumat yayıb. “Təyyarənin dənizə düşdüyü yer təxmini olaraq müəyyən olunub”, – deyə agentliyə ekstern xidmətlərdən bildirilib.

---------

10:32

Rusiyada sərnişin təyyarəsi radardan itib. Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, Petropavlovskdan Kamçatkanın Palan qəsəbəsinə uçuş həyata keçirən An-26 sərnişin təyyarəsi ilə əlaqə saxlamaq mümkün olmayıb.

Təyyarənin dənizə düşdüyü ehtimal edilir.

İlkin məlumatlara görə, təyyarənin göyərtəsində 6 ekipaj üzvü və 22 sərnişin olub. Sərnişinlərdən ikisinin uşaq olduğu bildirilir. Təyyarənin axtarışına Rusiyanın Sakit okean donanması, bir təyyarə və iki helikopter cəlb edilib.

Rusiya Baş naziri Mixail Mişustin təyyarənin itməsinin səbəblərinin araşdırılması üçün xüsusi komissiyanın yaradılması haqqında qərar qəbul edib.

AN-26-nın göyərtəsində kimlər olub?

An-26 təyyarəsinin mümkün düşmə sahəsi hava limanından 15-25 km radiusdakı sahil zonasıdır. Axtarışlar, həmçinin dəniz hövzəsində də aparılır. Orada katerlər də daxil olmaqla, axtarış işi davam etdirilir. 

Mətbuat təyyarənin göyərtəsində Palana kənd administrasiyasının dörd əməkdaşının olduğunu bildirib: qurumun rəhbəri Olqa Moxireva, həmçinin idarənin səfərbərlik şöbəsinin müdiri Aleksandr Andreykin və onun həyat yoldaşı, maliyyə şöbəsinin müdiri Olqa Andreykina, təhsil, sosial müdafiə, mədəniyyət və idman şöbəsinin müdir müavini Yuliya Surovtseva. Siyahıda, həmçinin “PİK” tikinti şirkətinin baş direktoru Pyotr Ayanın da adı var. Təyyarənin göyərtəsində 12 yaşına kimi iki uşaq da olub.

AN-26 təyyarəsi haqqında nə məlumdur

“AviaPort” agentliyinin icraçı direktoru Oleq Panteleyev RİA Novosti-yə bildirib ki, An-26 təyyarələri vaxtilə ciddi qəzalara məruz qalsalar da, onların "ümumi texniki nasazlığı" yoxdur. “Əlbəttə, kütləvi tipli istənilən hava gəmisi kimi AN-26-ın tarixində də ağır aviaqəzalar olub. Ancaq bu təyyarələrin "ümumi texniki nasazlığa" malik olduğunu söyləmək doğru deyil”, – deyə Panteleyev vurğulayıb.

O qeyd edib ki, yoxa çıxan təyyarənin istismarı ilə məşğul olan Kamçatka Aviasiya Müəssisəsinin parkında 5 ədəd An-26-100 və An-26B-100 (sərnişin versiyası) var. Bu təyyarələr 1980-1985-ci illərdə buraxılıb. Hələ də kifayət qədər əsaslı təmir müddəti nəzərə alınmaqla, uçuşa yararlı hesab olunurlar. Xidmət təqviminin müddətinə görə, təyyarələr hələ 2030-2035-ci illərə qədər havaya qalxa bilər. Təyyarələrə mütəmadi olaraq Kamçatka Aviasiya Müəssisəsinin bazasında xidmət göstərilir. Heyət təcrübəli pilotlardan ibarətdir.

Mütəxəssisin sözlərinə görə, yoxa çıxmış təyyarə 30 iyul 1982-ci ildə buraxılıb, 2012-ci ilin avqustunda isə əsaslı təmir edilib. "21-ci əsrdə bir qəza keçirib - 2012-ci ildə - əlverişsiz hava şəraitində An-26 təyyarəsi eniş vaxtı təpəciklə toqquşub və aşıb", – deyə Panteleyev əlavə edib.

Onun sözlərinə görə, aviaşirkət müntəzəm olaraq Federal Hava Nəqliyyat Agentliyinin Kamçatka Regionlararası Ərazi Nəzarətində yoxlamadan keçirilir və nəticə müsbət olur. "Xüsusilə də, 2020-ci ilin ikinci yarısındakı yoxlamadan yaxşı xəbərdaram. Nəticə - istismarçı şirkət federal aviasiya qaydalarının tələblərinə və istismar şərtlərində göstərilən tələblərə uyğun olaraq kommersiya hava daşımalarını təhlükəsiz şəkildə həyata keçirə bilər”, – deyə o qeyd edib.

Eləcə də oxuyun:

Teqlər:
təyyarə, Rusiya, sərnişin, radar, "An-26" hərbi-nəqliyyat təyyarəsi

Əsas mövzular