03:20 14 İyun 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0722
  • RUB0.0237
QARABAĞ
Qısa URL
25

Onun sözlərinə görə, 9 noyabr 2020-ci il tarixində Azərbaycan, Ermənistan və Rusiya liderlərinin  Qarabağda hərbi əməliyyatlar dayandırılandan sonra qəbul etdikləri bəyanat bölgənin daha geniş inkişafı üçün imkanlar açıb.

BAKI, 20 may — Sputnik. Qarabağla bağlı üçtərəfli razılaşma bölgənin Cənubi Qafqazın bütün dövlətlərinin mənafelərinə uyğun inkişafı üçün yeni imkanlar açıb. RİA Novosti xəbər verir ki, bu fikri cümə axşamı Rusiyanın Baş naziri Mixail Mişustin Azərbaycanın Baş naziri Əli Əsədovla görüşündə dilə gətirib.

"9 noyabr 2020-ci il tarixində Azərbaycan, Ermənistan və Rusiya liderlərinin Dağlıq Qarabağda hərbi əməliyyatlar dayandırılandan sonra qəbul etdikləri bəyanat bölgənin daha geniş inkişafı üçün imkanlar açdı. Əminəm ki, iqtisadi və nəqliyyat əlaqələrinin qurulması, yeni infrastruktur marşrutlarının yaradılması ümumilikdə Cənubi Qafqazın bütün dövlətlərinin maraqlarına cavab verir", – deyə Mişustin vurğulayıb.

Qeyd edək ki, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Qarabağ üzrə üçtərəfli bəyanatı 2020-ci il noyabrın 10-da imzalanıb. Bəyanata əsasən, Dağlıq Qarabağ münaqişə zonasında 2020-ci il noyabrın 10-u saat 00:00-dan etibarən bütün hərbi əməliyyatların dayandırılması və tam atəşkəs barədə razılıq əldə olunub.

Bəyanata görə, Ağdam rayonu 2020-ci il noyabrın 20-də, Kəlbəcər rayonu noyabrın 25-də (ilkin olaraq noyabrın 15-i nəzərdə tutulurdu), Laçın rayonu isə dekabrın 1-də Azərbaycana qaytarılıb. Bununla yanaşı, təmas xətti və Laçın dəhlizi boyunca Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilir. Paralel olaraq Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən çıxarılmalıdır.

Tərəflərin razılığına əsasən, yaxın üç ildə Laçın dəhlizi üzrə Xankəndi ilə Ermənistanın əlaqəsini təmin edəcək yeni hərəkət marşrutunun tikintisinin planı müəyyən olunacaq. Daxili məcburi köçkünlər və qaçqınlar BMT-nin Qaçqınların işləri üzrə Ali Komissarının nəzarəti altında Dağlıq Qarabağın və ətraf rayonların ərazisinə qayıdacaqlar. İqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunacağı gözlənilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki tərəfə maneəsiz hərəkətinin təşkil olunması məqsədi ilə Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini təmin edəcək.

Eləcə də oxuyun:

Əli Əsədov Moskvaya nə üçün gedib

* Rusiyanın Baş naziri: "Azərbaycanla əlaqələri yeni səviyyəyə çıxarmaq istəyirik"

Teqlər:
Azərbaycan, Rusiya, Əli Əsədov, Mixail Mişustin

Əsas mövzular