15:14 18 Aprel 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0222
  • EUR2.0331
RUSİYA
Qısa URL
33 0 0

Rusiya prezidentinin mətbuat katibi ölkənin hərbi hissələrinin Rostov vilayəti ərazisində gizlədilmiş nömrəli avtomobillərlə hərəkət etməsinə dair xəbərləri şərh edib.

BAKI, 5 aprel — Sputnik. Rusiya dünyanın heç bir ölkəsi üçün təhlükə kəsb etmir. Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, bu sözləri Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov ölkənin hərbi hissələrinin Rostov vilayəti ərazisində gizlədilmiş nömrəli avtomobillərlə hərəkət etməsinə dair xəbərləri şərh edərkən deyib.

"Rusiya dünyanın heç bir ölkəsi üçün təhlükə kəsb etmir... O cümlədən, əlbəttə ki, Ukrayna üçün də təhlükə kəsb etmir, amma öz təhlükəsizliyinə çox diqqətlə yanaşır", - deyə Peskov bildirib.

Teqlər:
Rostov, avtomobil nömrəsi, gizli, hərbi hissələr, Dmitri Peskov, Ukrayna, Rusiya

Əsas mövzular