BAKI, 5 aprel — Sputnik. Rusiya dünyanın heç bir ölkəsi üçün təhlükə kəsb etmir. Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, bu sözləri Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov ölkənin hərbi hissələrinin Rostov vilayəti ərazisində gizlədilmiş nömrəli avtomobillərlə hərəkət etməsinə dair xəbərləri şərh edərkən deyib.
"Rusiya dünyanın heç bir ölkəsi üçün təhlükə kəsb etmir... O cümlədən, əlbəttə ki, Ukrayna üçün də təhlükə kəsb etmir, amma öz təhlükəsizliyinə çox diqqətlə yanaşır", - deyə Peskov bildirib.