17:13 12 Aprel 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0219
  • EUR2.0214
RUSİYA
Qısa URL
8820

Hadisə yerində 3 yol texnikası işləyir. Yolun açılması martın 25-i saat 18:00-da mümkün ola bilər, nazirlikdən əlavə ediblər

BAKI, 23 mart - Sputnik. Dağıstanın Azərbaycanla sərhəddə yerləşən Rutul rayonunda növbəti qar uçqunu olub. 

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, 9 yaşaşış məntəqəsinə aparan yol yenidən bağlanıb. 

Bildirilir ki, bu gün Moskva vaxtı ilə 14:30-da, Rutul-Luçek-Cinnıx avtomobil yolunun Saxur kəndi ərazisindən keçən hissəsində sayca dördüncü qar uçqunu baş verib. 300 m uzunluqda yol bağlanıb. 

Saxur kəndində 3 avtomobil qarın altında qalıb. Xəsarət alan yoxdur.

"Hazırda yolu qardan təmizləmək mümkün deyil, çünki uçqun kütləsi hərəkətini davam etdirir. İki sərhəd zastavası və 9 yaşayış məntəqəsi: Süqut, Muslax, Mişleş, Korş, Cinnıx, Ottal, Kalal, Muxax, Kusur - ilə nəqliyyat əlaqəsi kəsilib", - Dağıstan Nəqliyyat Nazirliyindən bildirilib.

Hadisə yerində 3 yol texnikası işləyir. Yolun açılması martın 25-i saat 18:00-da mümkün ola bilər, nazirlikdən əlavə ediblər.

Teqlər:
video, yaşayış məntəqələri, yol, sərhəd, Dağıstan, qar uçqunu

Əsas mövzular