02:29 12 May 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0681
  • RUB0.0230
RUSİYA
Qısa URL
22 0 0

BEA-da kütləvi və uğurlu vaksinasiyaya çox ümidlidirlər, onun xəstəliyi azaldaraq karantin tədbirlərini yumşaldacağını gözləyirlər. Nəticədə 2020-ci ildə 60 faiz “bəxti bağlanmış” neftə tələbatın normallaşması mümkündür.

BAKI, 22 mart – Sputnik, İrina Badmayeva. Yazın gəlişi ilə 70 dolları görən qara qızılın qiyməti qalxdığı kimi sürətlə də düşməkdədir. Xammalın ucuzlaşmasına Avropada vaksinasiya ilə bağlı problemlər səbəb oldu. Bazarın oyunçuları qorxurlar ki, dünya iqtisadiyyatının bərpası ləngiyəcək və neft məhsullarına, ilk növbədə benzinə tələbat azalacaq.  Bunun Rusiya iqtisadiyyatına təsiri barədə RİA Novosti məqalə hazırlayıb.

Yoxuşlar və enişlər

Bakıda neft buruqları, arxiv şəkli
© AFP 2021 / MLADEN ANTONOV

Mancanaqlar tez-tez qalxıb-endikcə karbohidrogen bazarının “mühərriki qızdırdı” – artımın ardınca çökmə başladı. Ayın əvvəlində Brent 70 dollardan baha satılırdı, koronavirusdan əvvəlki 2020-nin yanvarındakı kimi. Ancaq martın ortasında 62 dollara düşdü. 2018-ci ildə maksimumuna çatmış WTI isə 59-dək “sürüşdü”.

İş burasındadır ki, Avropada vaksinasiya gözlənildiyi kimi getmədi. Bir çox ölkələr, o cümlədən Almaniya, Fransa, İtaliya qorxunc yan təsirlərinə görə AstraZeneca preparatının istifadəsini dayandırdı.

Bu isə dünya iqtisadiyyatının bərpasını ləngidə bilər, müvafiq olaraq yanacağa tələbat sönər. Qiymətlər də buna görə “əriyir”.

Ancaq Q.V.Plexanov adına REU-nun sənaye iqtisadiyyatı kafedrasının dosenti Oleq Kalenovun fikrincə, bazardakı situasiya kifayət qədər yaxşıdır. “Koronavirusla mübarizədə qazanılmış təcrübə optimizm aşılayır. İstehsal həcmi də artır, nəqliyyat əvvəlki iş rejiminə qayıdır”, - o qeyd edir.

Beynəlxalq Enerji Agentliyi (BEA) yarım il ərzində ilk dəfə olaraq neft proqnozunu artırıb. Analitiklər dünya üzrə sutka ərzində 96.5 milyon barrel həcmində tələbat proqnozlaşdırırlar (2020-ci ilin yekunu 91 milyon barrel idi). Birinci rübdə istehlakın artmasına Avropada, Asiyanın şimalında və ABŞ-da anormal soyuqlar səbəb oldu. Nəticədə Amerika tədarükündən müvəqqəti olaraq gündəlik təxminən 3,5 milyon barrel neft çıxıldı.

Ancaq OPEC+ apreldə neft hazilatının artırılmasına tələsmir. Rusiya ilə Qazaxıstan istisnadır, onlara müvafiq olaraq 130 min və 20 min barreli sutkalıq hasilata əlavə etməyə icazə verdilər. Baş nazirin köməkçisi Aleksandr Novakın sözlərinə görə, Rusiya üçün bu, vacibdir, “çünki bizdə mövsümi tələbat var”. Burada söhbət daxili bazardan gedir.

Əlavə yanacaq isə ixraca getməyəcək. Onu sırf ölkə istehlakçılarına yönəldəcəklər ki, benzinin qiymət artımını ləngitsinlər.

Ümumi səylərlə kotirovkanı qaldırmaq

Səudiyyə Ərəbistanı özü üçün könüllü məhdudiyyəti saxlayıb – gündə milyon barrel. İtkiləri “vaxtı gələndə”, bazardakı şəraitdən asılı olaraq qarşılayacaqlar – krallığın energetika naziri Əbdüləziz bin Salman belə deyib.

Yeri gəlmişkən, bu il OPEC+dakılar heç vaxt olmadığı kimi nizam-intizam nümayiş etdirirlər. “Yanvarda hasilatı sutkada 7.4 milyon barrel azaltdıq. Bunu 103% yerinə yetirdik. Fevralda 112%. Bunlar BEA-nın rəqəmləridir. Kotirovkaların uçmağına təəccüblənmək gərək deyil”, - RXDU-nun iqtisadiyyat fakültəsinin dosenti Maksim Çernyayev deyir.

Çində, Hindistanda, eləcə də Avropada yanacağa tələbat əvvəlki həddə qayıtmağa başlayır. Bu ölkələrdəki sənaye aktivliyi 2018-ci ilin yazındakı göstəricilərə çatmaq üzrədir. Amerikalıların iqtisadiyyata yatıracaqları iki trilyon dolların da təsiri olacaq. İstehlakçılar daha çox istehlak etməyə başlayacaqlar, bu isə məhsulların nəqli üçün gərək olan benzinə tələbatı artıracaq.

Bundan başqa, BEA-da kütləvi və uğurlu vaksinasiyaya çox ümidlidirlər, onun xəstəliyi azaldaraq karantin tədbirlərini yumşaldacağını gözləyirlər. Nəticədə 2020-ci ildə 60 faiz “bəxti bağlanmış” neftə tələbatın normallaşması mümkündür. Ancaq böhrandan öncəki göstəricilərə çatmaq üçün ən azı iki il gərək olacaq. Bunu da BEA-da deyirlər.

Ona görə də agentliyin analitikləri növbəti qiymət superdövriyyəsinə inanmırlar. Qəti və dayanıqlı artım göstərməyə bazarın gücü ancaq yetir.  

Az olanda bir dərd, çox olanda - başqa

Bütün dünyada anbarlarda neft əvvəlki kimi kifayət qədərdir. Bəzi ixracatçılar tədarükü artırmaq niyyətindədirlər. Məsələn, Liviya bazara qayıdıb. Ölkədə vətəndaş müharibəsi vaxtı sıradan çıxmış sənaye obyektləri yenidən işə düşüb. Üstəlik, Liviyanı OPEC+ razılaşmasının şərtlərindən azad ediblər. Noyabrdan bəri orada gündəlik 1 milyon barreldən çox neft çıxarırlar. Yaxın aylarda ölkənin mərkəzi və qərb bölgəsində olan neft yataqlarının istismarına başlayacaqlar. 2015-ci ildə bağlanmış bir neçə quyu da işə salınacaq. Bu isə bazar oyunçularını narahat edir. OPEC həddən artıq hasilatdan ehtiyat edir.

Liviya nefti ilə yanaşı, Amerikanın şist sənayesinin bərpası da bazarı çalxalaya bilər.

Bir sözlə, artım çökmə ilə əvəzlənəndə qiymətlər daha yüksək mərtəbədə uzun müddət daldalanmağa macal tapır. 75 dollaradək sıçrayışdan sonra azalma olanda kotirovka 63-68 diapazonunda möhkəmlıənəcək, ola bilər ki, arada 60 dollar da osun. Yaxın müddətdə bu barədə neft hasilatçıları, o cümlədən Rusiya ancaq xəyal qura bilərdi.  

Ancaq hətta 60 dollardan aşağı qiymətlər də Rusiya iqtisadiyyatı üçün təhlükəli deyil.  “Həddən artıq yüksək kotirovkalar xəzinənin doldurulmasına və neft sənayesi işçilərinin xərclərinin artmasına səbəb olur. Bu müəssisələr də zəncirvari olaraq digər ölkə istehsalçılarının gəlirlərini dəstəkləyir. Digər tərəfdən, neft istehsalı və emalının yüksək rentabelliyi iri sənayeçiləri xammalla bağlı olmayan digər istənilən sahəyə, o cümlədən İT və yüksək texnologiyalara, yatırım etməkdən çəkindirər”, - TeleTrade informasiya-analitik mərkəzinin aparıcı iqtisadçısı Pyotr Puşkaryov deyib.

Əgər neft şirkətlərini vergilərlə “çidarlamasalar”, o zaman bahalı xammalın zərəri xeyrindən çox olacaq: iqtisadiyyatın diversifikasiyasını ləngidəcək.

2021-ci ilin büdcəsində Urals neftinin qiyməti 43.3 dollar hesabı ilə götürülüb. “Əgər bundan az olsa, xəzinədə böyük kəsir yaranacaq. Büdcənin dolma qabiliyyətini saxlamaq və OPEC+ ölkələrinə daxil olmayanları hasilatı artırmağa təşviq etməmək üçün optimal diapazon 43.3-80 arasıdır”, - Maksim Çernyayev deyir.

Rusiya ixrac nefti isə son iki həftədir ki, Avropada 65 dollardan yuxarı satılır. Bu cür qiymət son dəfə 2020-ci ilin yanvarının əvvəlində olmuşdu.

Teqlər:
hasilat, OPEC, bazar, baha, qiymət, neft, Rusiya

Əsas mövzular