21:28 17 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0232
  • EUR2.0652
RUSİYA
Qısa URL
2301

"Dost Amerika xalqına öz tarixlərində bu dramatik anı layiqli şəkildə keçirməyi arzulayırıq" - Rusiya XİN

BAKI, 7 yanvar — Sputnik. Vaşinqtonda baş verənlər Birləşmiş Ştatların daxili işidir. Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi sözçüsü Mariya Zaxarova bildirib.

"Bu Birləşmiş Ştatların daxili işidir... Bu arada bir daha diqqətə çatdırırıq ki, ABŞ-da seçki sistemi arxaikdir, o demokratik standartlara cavab vermir, çoxsaylı pozuntular üçün imkan yaradır, ABŞ KİV-i isə siyasi mübarizənin alətinə çevrilib. Bu, böyük ölçüdə indi ABŞ-da müşahidə olunan cəmiyyətdəki parçalanmaya səbəb oldu", - deyə Rusiya XİN rəsmisi bildirib.

"Dost Amerika xalqına öz tarixlərində bu dramatik anın layiqli şəkildə keçirməyi arzulayırıq", - deyə Zaxarova qeyd edib.

Qeyd edək ki, ötən gün Kapitoli binasında ABŞ-ın hazırkı prezidenti Donald Trampın tərəfdarları ilə polis əməkdaşları arasında toqquşmalar baş verib. Nəticədə hüquq-mühafizə orqanlarının əməkdaşları etirazçılara qarşı gözyaşardıcı qaz tətbiq ediblər. Hadisə zamanı bir neçə nəfər də gözündən xəsarət alıb.

Toqquşmalarla əlaqədar ABŞ Senatı iclasını yarımçıq dayandırıb. Daha sonra Nümayəndələr Palatası iclasını yarımçıq kəsib. Hər iki palatanın üzvləri binadan təxliyə ediliblər. Etirazçılar isə binadan çıxarılıblar. Toqquşmalarla əlaqədar 20 etirazçı saxlanılıb.

ABŞ-ın paytaxtı Vaşinqtonda baş verən qarışıqlıqlar zamanı 4 nəfər həlak olub.

Kapitolidə baş vermiş atışma zamanı azı 5 nəfər xəsarət alıb.

 

Teqlər:
demokratiya, sistem, seçki, etirazlar, reaksiya, Rusiya XİN, Vaşinqton, Rusiya, ABŞ

Əsas mövzular