15:51 18 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0231
  • EUR2.0516
RUSİYA
Qısa URL
28 0 0

Danışıqların nəticələrinə əsasən, Azərbaycan Respublikasının səlahiyyətli qurumunun zəmanəti ilə “Rosselxoznadzor” 2021-ci il yanvarın 1-dən etibarən 15 Azərbaycan müəssisəsindən Rusiyaya pomidor idxalına icazə verilməsini mümkün sayıb.

BAKI, 29 dekabr - Sputnik. “Gələn il yanvarın 1-dən etibarən Azərbaycanın daha 15 müəssisəsindən Rusiyaya pomidor idxalına icazə verilib”.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, bu barədə “Rosselxoznadzor”un məlumatında bildirilib.

Qeyd edilib ki, danışıqların nəticələrinə əsasən, təqdim olunmuş məlumatlara uyğun olaraq və Azərbaycan Respublikasının səlahiyyətli qurumunun zəmanəti ilə “Rosselxoznadzor” 2021-ci il yanvarın 1-dən etibarən 15 Azərbaycan müəssisəsindən Rusiyaya pomidor idxalına icazə verilməsini mümkün sayıb.

Xatırladaq ki, Rosselxoznadzor dekabr ayının 10-dan etibarən Azərbaycandan Rusiyaya alma və pomidorun ixracına qadağa qoymuşdu.

İdarədən bildirmişdilər ki, idxal olunan məhsullarda dəfələrlə zərərli orqanizmlər aşkar ediblər və bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə məlumat veriblər. Təkcə 22 oktyabr tarixindən etibarən xidmətin mütəxəssisləri "Avrasiya İqtisadi Birliyi üçün karantinə alınan obyektlərin - Cənubi Amerika pomidor güvəsi və şərq almaqurdu"nun 17 dəfə aşkarlandığını qeyd ediblər.

Dekabrın 16-dan etibarənsə, Rosselxoznadzor Azərbaycanın bir neçə müəssisəsinin ölkəyə pomidor ixrac etməsinə icazə vermişdi.

“Rosselxoznadzor” dekabrın 24-dən etibarən 12 Azərbaycan müəssisəsindən pomidor idxalına qoyduğu məhdudiyyəti ləğv edib. 

Azərbaycan Rusiyaya kifayət qədər böyük bitki məhsulları tədarükçüsüdür. Rusiya Federal Gömrük Xidmətinin məlumatına görə, 2019-cu ildə Azərbaycandan bu ölkəyə təzə və soyudulmuş pomidor idxalı 172.359 min ton (bu məhsulların ümumi idxalının 30.9 faizi) təşkil edib. Rusiyaya pomidor tədarükünün həcminə görə Azərbaycan birinci yerdədir.

Teqlər:
pomidor, Azərbaycan, Rusiya, "Rosselxoznadzor"

Əsas mövzular