03:15 06 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
RUSİYA
Qısa URL
156 0 0

Roman Babayan deyib ki, alacağı cavablardan sonra Paşinyanın dövləti idarə etmək qabiliyyəti olub-olmadığı üzə çıxacaq.

BAKI, 14 noyabr - Sputnik. Rusiyanın NTV telekanalında "Svoya pravda" proqramında erməni əsilli jurnalistlər Roman Babayan və Marqarita Simonyan Ermənistanın Baş naziri Nikol Paşinyana sərt suallar ünvanlayıblar. 

Sputnik Azərbaycan-ın məlumatına görə, Bakıda anadan olduğunu bildirən Babayan deyib ki, Azərbaycan dilini bildiyi üçün son günlər türk və Azərbaycan mətbuatını da izləyib və "nəyinsə düz getmədiyi" barədə onda şübhə əmələ gəlib. Sualları təqdim edirik:

“- Cənab Paşinyan, bu doğrudur ki, müharibənin ilk günündən Rusiya sizə tənzimlənmə ilə bağlı müxtəlif, bəzən çox yaxşı modellər təqdim edib, siz isə hər dəfə diqqətlə dinləyib sonra imtina etmisiniz?

- Bu doğrudur ki, münaqişənin ilk anından Rusiya sizə böyük həcmdə yardım təklif edib və yardım da göstərib?

- Bu doğrudur ki, həmin vaxt Ermənistanın hərbi və mülki hava limanlarına Rusiyanın onlarla hərbi-nəqliyyat təyyarəsi enib? Cavab verin, zəhmət olmasa.

- Bu doğrudur ki, siz xahiş etdiyiniz silah sistemlərini almısınız? Şəxsən siz xahiş etmisiniz və almısınız?"

Babayan deyib ki, alacağı cavablardan sonra Paşinyanın dövləti idarə etmək qabiliyyəti olub-olmadığı üzə çıxacaq: "Sizi dəstəkləyən adamlar yeni çox şeydən xəbər tutacaqlar.. Bu suallara düzgün cavab verin. Əgər düzgün cavab verməsəniz, onda sizə növbəti, daha konkret sualımı verəcəyəm. O sualdan qaça bilməyəcəksiniz".

Marqarita Simonyanın sualı isə belə olub: "Düzdür ki, cənab Paşinyan, siz bütün bu vaxt ərzində, dayanmadan ABŞ-dakı hətta ən yüksək ranqda olmayan, müxtəlif ranqlı dostlarınızla məsləhətləşmisiniz, danışıqlar aparmısınız və məhz buna görə siz ləngimisiniz, yeganə mümkün olan, Rusiyanın bütün bunu dayandırmaq üçün təklif etdiyi qərarları qəbul etməmisiniz. Düzdür ki, bu danışıqlar və danışıq aparanlar, sizin astagəlliyiniz və iki stulda oturmaq cəhdiniz indi gördüyümüz nəticəyə gətirib çıxarıb".

Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Qarabağ üzrə üçtərəfli bəyanatı 2020-ci il noyabrın 10-da imzalanıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Dağlıq Qarabağ münaqişə zonasında 2020-ci il noyabrın 10-u saat 00:00-dan etibarən bütün hərbi əməliyyatların dayandırılması və tam atəşkəs barədə bəyanat veriblər.

Bəyanata görə, Ağdam rayonu 2020-ci il noyabrın 20-dək Azərbaycan Respublikasına qaytarılır. 2020-ci il noyabrın 15-də Azərbaycan Respublikasına Kəlbəcər rayonu, dekabrın 1-də Laçın rayonu qaytarılır. Bununla yanaşı, təmas xətti və Laçın dəhlizi boyunca Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilir. Paralel olaraq Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən çıxarılır.

Tərəflərin razılığına əsasən, yaxın üç ildə Laçın dəhlizi üzrə Xankəndi ilə Ermənistanın əlaqəsini təmin edəcək yeni hərəkət marşrutunun tikintisinin planı müəyyən olunacaq. Daxili məcburi köçkünlər və qaçqınlar BMT-nin Qaçqınların işləri üzrə Ali Komissarının nəzarəti altında Dağlıq Qarabağın və ətraf rayonların ərazisinə qayıdacaqlar. İqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunacağı gözlənilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki tərəfə maneəsiz hərəkətinin təşkil olunması məqsədi ilə Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini təmin edəcək

Əsas mövzular