23:04 23 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
RUSİYA
Qısa URL
92 0 0

Sergey Lavrov: Məsuliyyətli hakimiyyət əhaliyə izah etməyə borclu idi ki, bu nizamlanmanı hansısa mərhələdə uzun illər masa üstündə olan prinsiplərə, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin təkliflərinə müvafiq həyata keçirmək lazım gələcək.

BAKI, 12 noyabr- Sputnik. Dağlıq Qarabağın ətrafındakı yeddi rayonun kimə məxsus olmasına dair illüziya olmamalı idi.

Sputnik Azərbaycan xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov jurnalistlərlə söhbətində deyib. 

"Bir daha deyirəm, Dağlıq Qarabağ ətrafındakı yeddi rayonun ömür boyu həmin vəziyyətdə qalacağı ilə bağlı illüziya olmamalı idi. Bu, ay yarım və iki ay bundan əvvələ qədər vardı. Məsuliyyətli hakimiyyət əhaliyə izah etməyə borclu idi ki, bu nizamlanmanı hansısa mərhələdə uzun illər masa üstündə olan prinsiplərə, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin təkliflərinə müvafiq həyata keçirmək lazım gələcək. O zaman bu münaqişənin qan tökülmədən nizamlanmasına, bu regiondakıların, Qarabağ ermənilərinin və Qarabağda yaşayan digər etnik qrupların təhlükəsizliyinə hansısa zərər vurmadan ideal yol açılardı”, - deyə Rusiya XİN başçısı vurğulayıb.

Əsas mövzular