12:52 28 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
RUSİYA
Qısa URL
26 0 0

"Bu cür niyyətlər regional və qlobal təhlükəsizlik balansının pozulmasına şərait yaradır və qarşıdurma potensialının artmasına səbəb olur"

BAKI, 29 oktyabr — Sputnik. Rusiyanın Vaşinqtondakı səfiri Anatoli Antonov ABŞ milli təhlükəsizlik müşaviri Robert O'Brayenin Rusiyanı cilovlamaq üçün Avropada hipersəs silahları və ballistik raketlər yerləşdirməyə hazır olduqlarına dair açıqlamasına reaksiya verib. Sputnik Azərbaycan-ın RİA Novosti-yə istinadən verdiyi məlumata görə, səfir bu addımın Avropada raket silahlanma yarışının başlamasına rəvac verəcəyini bildirib.

"Bu cür niyyətlər regional və qlobal təhlükəsizlik balansının pozulmasına şərait yaradır və qarşıdurma potensialının artmasına səbəb olur. Əgər Vaşinqton həqiqətən "silahlanma üzərində real nəzarət"də maraqlıdırsa, o zaman Avropa qitəsində raket silah yarışının eskalasiyasına ehtiyac yoxdur", – deyə Antonov səfirliyin "Facebook" səhifəsində yayımlanan şərhdə bildirib.

Diplomat Prezident Vladimir Putinin Orta və Qısa Mənzilli Raketlərin ləğvi haqqında Müqavilənin (INF) deeskalasiyası vəziyyətində irəli sürdüyü təklifləri "konstruktiv alternativ" adlandırıb.

"Rusiya Avropa qitəsində və dünyanın digər bölgələrində yeni bir raket silahlanma yarışının qarşısını almaq üçün xarici tərəfdaşlarla ortaq səylər göstərməyə hazırdır", – deyə Antonov bildirib.

Qeyd edək ki, INF Müqaviləsi qlobal strateji sabitliyi təmin etmək məqsədi daşıyırdı. 2019-cu ilin avqust ayında ABŞ Rusiyanı qadağan edilmiş 9M729 raketini hazırlamaqda və sınaqdan keçirməkdə günahlandıraraq müqavilədən çıxıb. Moskva isə bəyan edib ki, o, yolverilən radiusda – 500 kilometrdən qısa məsafədə hərəkət icazəsinə sahibdir.

Xatırladaq ki, oktyabrın 26-da Vladimir Putin INF Müqaviləsi başa çatması fonunda gərginliyi azaltmaq üçün müəyyən addımlar atmağı təklif edib. Rusiya lideri qarşılıqlı razılaşma prinsipinə əsaslanan nəzarət mexanizmlərinin işlənib-hazırlanmasının vacibliyini vurğulayıb.

Əsas mövzular