01:44 24 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
RUSİYA
Qısa URL
33 0 0

Baş Qərargahda bildiriblər ki, düşmən raketlərinin buraxılması halında onların nüvə və ya qeyri-nüvə silahı olub-olmadığını müəyyən etmək mümkün olmayacaq.

BAKI, 7 avqust — Sputnik. Rusiya öz ərazisinə istənilən raket hücumu vəziyyətində nüvə potensialından istifadə edəcək.

Bu barədə Rusiya Silahlı Qüvvələrin Baş Qərargahı tərəfindən hazırlanmış "Rusiya Federasiyasının Nüvə Silahından İstifadənin Qarşısının Alınması Sahəsində Dövlət Siyasətinin Əsasları Haqqında" sənəddə deyilir.

Sputnik Azərbaycan xəbər verir ki, sənəd "Krasnaya Zvezda" qəzeti tərəfindən dərc edilib.

Baş Qərargahda bildiriblər ki, düşmən raketlərinin buraxılması halında onların nüvə və ya qeyri-nüvə silahı olub-olmadığını müəyyən etmək mümkün olmayacaq. Sənəddə göstərilir ki, istənilən hücum raketi nüvə ilə təchiz olunmuş raket kimi qiymətləndiriləcək.

Qeyd edilir ki, Rusiyanın hərbi rəhbərliyi raketin buraxılması haqqında dərhal məlumat alacaq və cavab tədbirlərinin miqyasını müəyyənləşdirəcək.

Müdafiə Nazirliyi bildirir ki, düşmənin nüvə və digər kütləvi qırğın silahlarından istifadə etməsi, Rusiyanın vacib obyektlərinə təsir göstərməsi, həmçinin, adi məhvetmə vasitələrinin tətbiqi ilə təcavüz etməsi ilə bağlı şərtlər ekspertlərdə sual yaratmamalıdır.

Sənədin müəllifləri vurğulayırlar ki, potensial düşmən zərbə endirməyə qərar verərsə, cavab sarsıdıcı olacaq.

Bununla yanaşı, nazirlikdə qeyd ediblər ki, Rusiyanın nüvə siyasəti sırf müdafiə xarakteri daşıyır.

Əsas mövzular