BAKI, 16 may — Sputnik. Rusiya istehsalı olan 5-ci nəsil "Su-57" tipli qırıcılar pilotsuz rejimdə uçuşları sınaqdan keçirəcək. Bu barədə Rusiya Müdafiə-sənayesi kompleksində olan mənbə bildirib.
"T-50 uçan laboratoriyasında pilotsuz rejim testdən keçirilir. Pilot təyyarənin göyərtəsində olur, lakin o yalnız bütün funksiyaların yerinə yetirilməsinə nəzarət edir", – deyə məlumatda bildirilir.
Qeyd edək ki, 2019-cu ilin sonunda Rusiyanın beşinci nəsil "Su-57" qırıcısının istehsalı başlayıb. 2028-ci ilədək Rusiya Federasiyasının aerokosmik qüvvələrinə 76 belə qırıcı veriləcək.
"Su-57" qırıcısı əla uçuş və döyüş göstəricilərinə görə analoqu olan Amerikanın beşinci nəsil "F-22" və "F-35" təyyarələrini üstələyir. Rusiya təyyarəsi səs sürətini forsaja keçmədən üstələyə bilir.
"Su-57" top silahlarından istifadə etməklə yüksək manevrli yaxın döyüş apara, həmçinin ortamənzilli və böyükmənzilli raketlərin geniş spektrindən istifadə edə bilir.