Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Putin xalqa müraciət etdi: "Ən çətin hədəflərin də öhdəsindən gələ bilərik"

© Sputnik / Mihail Klimentev / Mediabanka keçidПрезидент РФ Владимир Путин, фото из архива
Президент РФ Владимир Путин, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Onlar bizim dinc səma altında yaşamağımız, işləməyimiz, sevməyimiz, yaratmağımız, unikal sivilizasiya və böyük mədəniyyətə malik Rusiya ilə fəxr etməyimiz üçün döyüşə gediblər.

BAKI, 30 iyun — Sputnik. Rusiya Federasiyası vətəndaşları birgə olduğu vaxt onlar ən çətin hədəflərin öhdəsindən də gələ bilərlər. Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin konstitusiyaya dəyişikliklər üzrə səsvermənin əsas günü ərəfəsində rusiyalılara müraciətində bildirib.

Американские военные, отправляющиеся в район операций Центрального командования США из Форт-Брэгг, Северная Каролина - Sputnik Azərbaycan
TƏHLİL
Rusiya deyil. Amerikalılara qarşı ovun əsl təşkilatçısı kimdir

"Əziz Rusiya vətəndaşları. Bu gün Tver torpağında Rjev yaxınlığında döyüşən yüz min sovet əsgərin şərəfinə monument açılıb. Onlar bizim dinc səma altında yaşamağımız, işləməyimiz, sevməyimiz, yaratmağımız, unikal sivilizasiya və böyük mədəniyyətə malik Rusiya ilə fəxr etməyimiz üçün döyüşə gediblər. Biz, onların varisləri qırılmaz minillik tarixi yolu davam edirik. Və bilirik ki, birgə olduğu vaxt onlar ən çətin hədəflərin öhdəsindən də gələ bilərik", - deyə Putin qeyd edib.

O vurğulayıb ki, rusiyalılar yaşamaq istədikləri ölkəyə səs verirlər, düzəlişlər isə yalnız xalqın razılığı ilə qüvvəyə minəcək: "Hər kəsdən öz sözünü deməyi xahiş edirəm, hər bir səs önəmlidir. Yenidən öz mövqeyimi aydınlaşdırıram. O aydın, dəyişilməz və tamamilə qətidir. Konstitusiyanın yenilənmiş mətni, bütün təklif olunan düzəlişlər yalnız sizin razılığınız, yalnız sizin dəstəyinizlə qüvvəyə minəcək".

Putin eyni zamanda qeyd edib ki, rusiyalılar konstitusiya dəyişikliklərini dəstəkləyəcəyi təqdirdə onlar dəyərləri ali zəmanət kimi bərkidəcək.

Xəbər lenti
0