07:44 30 Mart 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
RUSİYA
Qısa URL
3610

Rusiya paytaxtının hava limanlarında nəzarət gücləndirilib, Çindən gələn hər kəs ciddi yoxlamadan keçirilir.

BAKI, 26 fevral — Sputnik. "Rospotrebnadzor"un (Rusiya İstehlakçı hüquqları və vətəndaş məmnunluğu sahəsinə nəzarət üzrə federal xidmət - red.) paytaxt şöbəsinin müdiri Yelena Andreyeva bildirib ki, Moskvada koronavirusun yayılmasının qarşısını almaq üçün gəmiricilərin geniş miqyasda məhv edilməsi və vəhşi heyvanların tutulması həyata keçirilir.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, Andreyevanın sözlərinə görə, Moskva rəhbərliyi koronavirusun şəhərdə yayılmasının qarşısını almaq üçün mümkün olan hər şeyi edir.

Paytaxt aeroportlarında nəzarət gücləndirilib, Çindən gələn hər kəs ciddi yoxlamadan keçirilir. Andreyeva əlavə edib ki, əhali baş verənləri adekvat qəbul edir, çünki heç kəs xəstələnmək istəmir.

31 dekabr 2019-cu ildə Çin hökuməti Uhan şəhərində sətəlcəm ilə bağlı siqnalların olduğunu bildirib. Xəstəliyin törədicisi, "COVID-2019" rəsmi adı verilən yeni koronavirus növüdür.

Əsas mövzular