Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Zaxarova: "ABŞ tezliklə nəfəs almağı belə dayandırmağı tələb edəcək"

© Sputnik / Sergey Pyatakov / Mediabanka keçidRusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova - Sputnik Azərbaycan
Abunə olmaq
İsveçrənin "Allseas" şirkəti ABŞ sanksiyalarının təhdidinə görə Rusiyaya məxsus "Şimal axını-2" qaz kəmərinin tikintisini dayandırıb

BAKI, 21 dekabr — Sputnik. Dövlət borcu 22 trilyon olan bir ölkə digər ölkələrə öz iqtisadiyyatını inkişaf etdirməyə imkan vermir. Sputnik Azərbaycan xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi sözçüsü Mariya Zaxarova ABŞ-ın "Şimal axını-2" və "Türk Axını" boru kəmərlərinə qarşı sanksiya tətbiq etməsinə münasibət bildirərkən qeyd edib.

Şimal axını – 2 qaz kəmərinin tikintisi - Sputnik Azərbaycan
Rusiyanın qorxduğu başına gəldi - "Şimal axını-2" tikintisi dayandırıldı

"Kredit həyatı” üzərində qurulan Amerika ideologiyası qlobal rəqabətə tab gətirə bilmədi. Bunu müntəzəm olaraq yeni "iqtisadi həbs order"ləri verən ABŞ Maliyyə Nazirliyi də təsdiqləyir. Birazdan nəfəs almağı da dayandırmağı tələb edəcəklər. Axı, çoxları bunu edir", - deyə Zaxarova öz "Facebook" səhifəsində bildirib.

Qeyd edək ki, İsveçrənin "Allseas" şirkəti ABŞ sanksiyalarının təhdidinə görə Rusiyaya məxsus "Şimal axını-2" qaz kəmərinin tikintisini dayandırıb.

"ABŞ-ın hərbi büdcəsinin təsdiqlənməsi ilə bağlı "Allseas" "Şimal axını – 2"-də fəaliyyətini dayandırır", - deyə məlumatda bildirilir.

Qeyd edək ki, dekabrın 19-u amerikalı senatorlar Ted Kruz və Ron Conson şirkətin rəhbəri Edvard Xirema təhdidlə dolu mesaj göndərib. Siyasətçilər "Allseas"-in rəhbərinə xəbərdarlıq ediblər ki, əgər şirkət layihədə iştirakını dayandırmasa, onda onu ağır sanksiyalar gözləyir. Belə ki, siyasətçilər bu baş verməyəcəyi təqdirdə şirkətin bütün aktivlərinin dondurulacağını, onunla iş birliyinə qadağa qoyulacağı və şirkətin təmsilçilərinin ABŞ-a girişinə icazə verilməyəcəyini bildiriblər.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp 2020-ci maliyyə ili üçün 738 milyard dollar həcmində müdafiə büdcəsini imzalayıb.

Belə ki, müdafiə büdcəsi ötən ilin büdcəsi ilə müqayisədə (716 milyard dollar) 3,1% çoxdur.

Канцлер Германии Ангела Меркель - Sputnik Azərbaycan
Merkeldən "Şimal axını-2" layihəsinə dəstək: "ABŞ sanksiyalarının əleyhinəyik"

Xatırladaq ki, müdafiə büdcəsinə Rusiyanın "Şimal axını -2" və "Türk axını" qaz kəmərlərinə qarşı sanksiyaların tətbiq edilməsi də daxil edilib. Sanksiyalar "Avropanın enerji təhlükəsizliyinin təmin olunması" tədbirləri kimi nəzərdən keçirilir. Həmçinin sənəddə Rusiya ilə hərbi sahədə əməkdaşlıq da qadağan olunur.

Qeyd edək ki, daha əvvəl yayılan məlumatlarda sanksiyaların boru kəmərlərinin tikintisində iştirak edən gəmilərə, həmçinin tikintidə iştirak edən şirkətlərin rəhbərlərinə qarşı tətbiq olunacağı bildirilirdi.

Xatırladaq ki, 1220 kilometr uzunluğundakı "Şimal axını-2" qaz boru kəməri Baltik dənizindən keçməklə Rusiyadan Almaniyaya ildə 55 milyard kubmetr qaz nəql etmək gücünə malik olacaq. Rusiyanın enerji nəhəngi "Qazprom" bəyan edib ki, "Şimal axını-2" layihəsi 2019-cu ilin sonunadək başa çatdırılacaq.

Xəbər lenti
0