00:03 20 Sentyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0264
  • EUR1.8766
Kosmik gəmi ilə BKS-in birləşməsi, arxiv şəkli

"Fyodor"un kosmik macərasında uğursuzluq

© Photo : Roskosmos / Fedor Yurchikhin
RUSİYA
Qısa URL
23 0 0

Ekspertlər gəmini BKS ilə yenidən birləşdirmək cəhdlərini nəzərdən keçirirlər

BAKI, 24 avqust — Sputnik. Göyərtəsində "Fyodor" adlı insanabənzər robotu daşıyan "Soyuz MS-14" kosmik gəmisi Beynəlxalq Kosmik Stansiya (BKS) ilə təyin olunmuş vaxtda birləşə bilməyib.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, gəmi BKS-dən uzaqlaşıb.

Məlumata görə, kosmik gəmi BKS-ə yaxınlaşıb, lakin bir qədər sonra stansiyadan 102 metr aralıya çəkilib.

RİA Novosti-nin Uçuşlara Nəzarət Mərkəzində olan müxbiri xəbər verir ki, "Soyuz MS-14" gəmisi BKS-dən təhlükəsiz məsafəyə çəkilib və ekspertlər gəmini BKS ilə yenidən birləşdirmək cəhdlərini nəzərdən keçirirlər.

Avqustun 22-də səhər saatlarında "Soyuz MS-14" gəmisi göyərtəsində "Fyodor" robotu ilə kosmosa buraxılıb. Raketin buraxılışı Bakı vaxtı ilə saat 7:38-də (Moskva vaxtı ilə saat 6:38-də) Qazaxıstanda yerləşən Baykonur kosmodromunda baş tutub. Raketin səmaya qalxması anında "Fyodor" ilk kosmonavt Yuri Qaqarin kimi "Getdik! Getdik!" sözlərini deyib.

"Soyuz MS-14" gəmisi kosmosa buraxıldıqdan iki sutka sonra, yəni avqustun 24-də Bakı vaxtı ilə saat 9:30-da (Moskva vaxtı ilə saat 8:30-da) Beynəlxalq Kosmik Stansiya ilə birləşməli idi.

Gəminin BKS ilə birləşməsindən sonra robot gəmidən stansiyaya köçürüləcək və orada bir neçə tapşırığı həyata keçirəcək.

Qeyd edək ki, "Fyodor" (FEDOR - Final Experimental Demonstration Object Research) "Android Texnikası" və Perspektiv Araşdırmalar Fondu tərəfindən yaradılıb. Onun yaradılmasına 300 milyon rubl xərclənib.

Əlaqədar

Kosmosa hazırlaşan "Fyodor"un artıq klipi də var - VİDEO
Robot Sofiyaya bənzəyən aparıcımız: "25 sözdən ibarət adı oxumağa çətinlik çəkmişdim"
Fantastika reallığa çevrilir: Robotlar sakitcə iş yerlərini insanlardan alırlar

Əsas mövzular